Şənbə günü, 2024-12-21, 7:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Bilməli olduğumuz məsələlər
2013-03-27, 7:45 AM

Şöhrət libasının tərifi

    Sual: Şöhrət libasından məqsəd hansı libasdır?

   Cavab: Bütün müctəhidlər: (Sistani və Məkarim Şirazidən başqa) Şöhrət libası o libasa deyilir ki, şəxs üçün adi geyimin əksinədir. Yəni o libas növ, parça, rəng, keyfiyyət və tikilmə baxımından fərqlidir. Onu geyindikdə camaatın diqqətini cəlb edir və barmaqla göstərilir. (1)

    Ayətullah Sistani: Şöhrət libasından məqsəd odur ki, mömin pis və münasib olmayan surətə gətirsin. (2)

   Ayətullah Məkarim Şirazi: Şöhrət libası elə bir libasdır ki, onda riyakarlıq xüsusiyyətləri var. Şəxs istəyir ki, onun vasitəsilə zöhd və dünya tərkliyində məşhur olsun. İstər parça və ya rəng, istərsə də tikilmə  baxımından. Amma əgər həqiqətən qəsdi sadə geyinmək və riyakarlıq etmək marağında deyildirsə, bu iş çaiz olmaqla yanaşı bəlkə də layiqli əməldir. (3)

   1.Müctəhidlərin Tozihul-məsaili, məsələ 845. Nuri, Tozihul-məsail, məsələ 846. Bəhcət, Tozihul-məsail, məsələ 711. Xaminei, Əcvibətul-İstiftaat, səh. 1361. Bəhid Xorasani, Tozihul-məsail, məsələ 851.

   2.Sistaninin dəftərxanası.

   3. Məkarim Şirazi, Müctəhidlərin Tozihul-məcaili, məsələ-845)

Seyyid Müctəba Hüseyni


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 764 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]