Şənbə günü, 2024-12-21, 8:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Anası seyyidə olanlar seyyid sayılırmı?
2013-04-10, 5:58 AM
Anası seyyidə olanlar seyyid sayılırmı?
7 Ələm Müctehidin bu məsələyə baxışı.


Ana tərəfdən seyidlik

«Övladlarıma hörmət edən, onları əziz tutan şəxs, həqiqətən, mənə də hörmət etmiş olur».

Sevimli Peyğəmbərimiz (Allahın salamı olsun ona və pak əhli-beytinə!)

Sual: Anası seyidə olan şəxs seyidlərdən və Həzrət Zəhra (Allahın salamı olsun ona!) övladlarından sayılırmı və seyidlik hökmləri ona şamil olunurmu?

Həzrət Ayətullah Xameneyi: Sevimli Peyğəmbərimizin (Allahın salamı olsun ona və pak əhli-beytinə!) nəslinə ana tərəfdən mənsub olan şəxslərin o Həzrətin övladlarından sayılmasına baxmayaraq, seyidliyin şəri hökmləri və təsirləri üçün meyar ata tərəfdən mənsubluqdur.

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Xeyr. Peyğəmbər nəslindən sayılmalarına baxmayaraq, seyidliyin fiqhi hökmləri onlara şamil olunmur.

Həzrət Ayətullah Safi Gülpayqani: O Həzrətin övladlarından sayılırlar. Lakin ata tərəfdən Haşim (Peyğəmbərin (Allahın salamı olsun ona və pak əhli-beytinə!) ulu babası) nəslinə mənsub olanlara aid olan xüsusi hökmlər onlara şamil edilmir.

Həzrət Ayətullah Sistani: Seyidlərə xas ehtirama layiqdirlər. Lakin xümsün müstəhəqqi (xüms almaq haqqına sahib şəxs) hesab olunmurlar.

Həzrət Ayətullah Məkarim Şirazi: Bəzi cəhətlərdən seyidlərə aid hökmlər onlara şamil olunduğu halda, bir sıra məqamlarda seyidlərlə bağlı hökmlər onları əhatə etmir. Məsələn, xüms ala bilməzlər, seyidlərə məxsus libasları geyinə bilməzlər. Bununla belə, bəzi cəhətlərdən seyidlik şərafətinə sahibdirlər.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Seyidlik hökmləri onlara şamil edilmir.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Xüms məsələsində sözügedən seyid Haşimi, yəni ata tərəfdən Haşimin nəslinə mənsub olan kəsdir.(zeka)

Azadxeber.org


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 1176 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 2
0  
2 Ənfal   (2013-04-11 5:22 AM) [Daxil et]
Salam aleykum. Bu linkdən istifadə edin: http://gunahkar-bende.ucoz.net/news....-25-120

0  
1 Ya_Zeyneb   (2013-04-10 8:59 PM) [Daxil et]
təşəkkur edirəm,Allah c.c. razi olsun.
Bir xahişim də olacaq,"nurcular" kimlərdi,hansi məzhəbdi necə yaranib haqqinda məlumat versəniz sevinərəm.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]