Bazar günü, 2024-05-05, 6:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » Z

Z
2012-11-22, 8:50 AM

Zəf nə deməkdir?

Zə`f – Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq.

Zamin nə deməkdir?

Zamin – Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil.

Zərurət nə deməkdir?

Zərurət – Çarəsizlik, məcburluq.

Zəkat nə deməkdir?

Zəkat – İnsanın bə`zi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək üçün ayırdığı miqdir.Varlı müsəlmanlar tərəfindən hər il ödənilən var-dövlətin bir hissəsidir. O, qoyulmuş qayda-qanunlara müvafiq olaraq müəyyən dərəcələrə bölünmüş adamlardan alınır.

Zəkat nisabı nə deməkdir?

Zəkat nisabı – Zəkatı vacib olan şeylərin hər birində tə`yin edilmiş miqdar.

Zimmət şərtləri nə deməkdir?

Zimmət şərtləri – Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər.

Zimmi nə deməkdir?

Zimmi – İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları əvəzində İslam dövlətinin himayəsi altında yaşayan kitab əhli olan kafirlər, xristianlar və yəhudilər.

 Zina nə deməkdir?

Zina – Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi.

Zəqqum nə deməkdir?


Zəqqum – Cəhənnəmin ən dərinliyində bitən ağacdır, meyvələri İblisin başına bənzəyir.

Zül-Qərneyn  nə deməkdir?


Zül-Qərneyn – hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük hökmdarlarından biri. O mömin və təqvalı (bax) bir insan idi və Uca Allahın mərhəməti sayəsində bir müddət insanları Yəcuc-Məcüc qəbiləsinin əlindən xilas etmişdi. Allahın bu mömin bəndəsi əl-Kəhf surəsində xatırlanır.


Category: Z | Added by: Ənfal
Views: 686 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]