Cümə günü, 2024-03-29, 6:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » X

X
2012-11-22, 9:13 AM
Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, xəzinə) beşdə biri.

Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.

Xəlil – ən sevimli insan. Qəlbdə, bütün varlıqlardan daha çox tək ona məhəbbət bəslənir. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu məhəbbətlə sevdiyi bir kimsə yox idi. Çünki onun qəlbində ən çox yer tutan və məhəbbət bəslədiyi Fövqəluca Allah idi. Allahın sevimli qulları isə Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) onun ulu babası İbrahim əleyhissalam idi.


Xumus – hərbi qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökm­darının əlində qalır, qalan beşdə dörd hissə, isə Quran bölgüsünə uyğun olaraq, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qohumları (Haşimin və əl-Mutəllibin zürriyyəti), yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.

Category: X | Added by: Ənfal
Views: 698 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]