Şənbə günü, 2024-12-21, 7:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » V

V
2012-11-21, 8:54 PM

"Vilayət" nə deməkdir?

"Vilayət" – Rəhbərlik, idarə etmək.

"Vəkil" nə deməkdir?

"Vəkil" – Başqası üçün bir işi görən adam.

"Vəkalət" nə deməkdir?

"Vəkalət" – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək.

"Vədi`ə" nə deməkdir?

"Vədi`ə" – əmanət.

"Vəyh" nə deməkdir?

"Vəyh" - İlahi peyğəmbərlərin Allah ilə mənəvi və gizli rabitəsi, həmçinin bütün ilahi din və asimani kitabların Allah tərəfindən vəhy yolu ilə insanlara çatdırılmasına inanırıq. İlahi peyğəmbərlər bundan başqa bir sıra hökmlər və elmləri də Allah-taaladan alıb, xalqa çatdırmışlar. Onların vəhyi isə üç növ olmuşdur:
1. İlahi kəlamın zahiri hissiyyat üzvləri yolu ilə deyil, məhz peyğəmbərin qəlbinə ötürülməsi;
2. İlahi kəlamın bir şey gözə görünmədən qulağına yetirilməsi;
3. Vəhy mələyinin peyğəmbərə nazih olaraq, Allah kəlamını bir başa olaraq ona yetirməsi: Hər üç növün bütün peyğəmbərlər haqqında onların dərəcələri, zamanlar, məkanlar və vəhy olunan sözlərin bir-birindən fərqli olması ilə həyata keçməsi mümkündür.

"Vitr namazı" nə deməkdir?

"Vitr namazı" – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf` namazından sonra qılınan bir rük`ətlik namaz.

 "Vəli" nə deməkdir?

"Vəli" – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi.

 "Vədi" nə deməkdir?

"Vədi" – Bövl etdikdən sonra insandan çıxan su.

"Vəzi" nə deməkdir?

"Vəzi" – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su

"Vəhşət namazı" nə deməkdir?

"Vəhşət namazı" – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz.

 "Varis" nə deməkdir?

"Varis" – Ölən adamın malına şər`ən sahib olan şəxs.

"Vəsi" nə deməkdir?

"Vəsi" – Ölünün vəsiyyət etdiyi şəxs.

 "Vacib" nə deməkdir?

"Vacib" – Edilməsi Allah tərəfindən əmr olunan əməl.

 "Vətən" nə deməkdir?

"Vətən" – İnsanın özünə yaşamaq üçün seçdiyi yer.

 "Vəqf" nə deməkdir?

"Vəqf" – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf etmək.

"Vəsiyyət" nə deməkdir?

"Vəsiyyət" – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri.

"Vacib qüsl" nə deməkdir?

"Vacib qüsl" – Yerinə yetirilməsi gərəkli olan qüsl.
Vacib qüsllər:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məss meyyit qüsü.
6. Meyyit qüslü.
7. Nəzir, and və başqa yollarla vacib olan qüsl.

Vəsilə – ardıcıl olaraq beş doğumda on dişi bala verən qoyun. Ərəb bütpərəstləri belə qoyuna sitayiş etməyə başlayırdılar. Bütpərəstlər onun ətini yeməyi ancaq kişilərə icazə verirdilər.


Category: V | Added by: Ənfal
Views: 747 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]