Cümə axşamı, 2024-03-28, 5:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » T

T
2012-11-22, 9:07 AM

Tərəxxüs həddi – İqamət yerindən oranın azanı eşidlməyəcək və divarı görünməyəcək qədər uzaq məsafə.

Tə`qib – Namazdan sonra zikr, dua və Qur`an oxumaqla məşğul olmaq.

Təqlid – Müctəhidin fətvalarına əsasən əməl etmək.

Təlaq – Boşama, evlilik əlaqələrini xüsusi qaydalar üzrə pozmaq.

Təlaqi-bəin – Kişinin yenidən nigah etməmiş öz qadınının almağa haqqı olmayan təlaq.

Təlaqi-xul`i – Ərinə meyli olmayan, öz mehrini və ya başqa bir malının ona bağışlayaraq boşanmaq istəyən qadının təlağı.

Təlaqi-ric`i – İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq verən təlaq.

Tərəxxüs həddi – Bir yerdən oranın azanı eşidilməyəcək və divarı görünməyəcək qədər uzaqlıqdakı məsafə.

Təvaf namazı – Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra qılınan iki rük`ət namaz.

Təharət – Təmizlik, dəstəmaz, qüsl və ya təyəmmüm üçün insanda hasil olan mə`nəvi vəziyyət.

Təkbirətul-ihram – Namaza başlamaq məqsədilə söylənən «Əllahu-əkbər».

Təlqih – Kişinin nütfəsini (spermasını) hər hansı vasitə ilə qadının rəhminə daxil etmək.

Tərtibi qüsl – Qüsl niyyəti ilə əvvəlcə baş və boynunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi yumaq.

Tərtibi dəstəmaz – Dəstəmaz niyyətilə suyu üzə və əllərə tökərək alınan dəstəmaz.

Təsəttür – Özünü örtmək, örtünmək, İslami geyimə əməl etmək.

Təsmiyə – Allah-təalanın adını dilə gətirmək. (Bismil-ləhir-rəhmənir-rəhim) demək.

Təşrih – Ölülərin bədənini tibbi və digər mə`lumatlar əldə etmək məqsədilə kəsmək.

Təzkiyə edilmiş – Şər`i ölçülərə əməl edərək kəsilən heyvan.

Tağut – (a) Fövqəluca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq; (b) Allahın haram buyurduqlarına riayət etməyən günahkar; (c) şeytan və iblis; (ç) cadugərlər və baxıcılar; (d) insanları aldadan və Allahın şəriətinə zidd olan qanunlar qəbul edən kafirlər və (e) büt yerləşdirilən bina.


Təbuk – Mədinədən 700 km şimalda yerləşən şəhər


Təqva – Allah qorxusu.


Təsnim – Allaha yaxın olan qulların içdiyi Cənnət çeşməsi


Təvaf – Kəbənin ətrafına dolanmaq adəti. O, Qara daşın səviyyə­sində başlanır və qurtarır və yeddi dairədən ibarət olur.


Tövhid – ibadətdə, hökmranlıqda, gözəl adlara və sifətlərə malik olmaqda Fövqəluca Allahın təkliyini təsdiq etmə.


Tubba – Yəmənin Xumeyri hakimlərinin titulu.

Category: T | Added by: Ənfal
Views: 750 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]