Cümə axşamı, 2019-08-22, 2:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » S

S
2012-11-24, 6:45 AM

"Səhv səcdə" – Namazda səhvən əmələ gələn yanlışlıqlar üçün namzdan sonra edilən səcdə.

"Siğə" – 1. Bir əqdin gerçəkləşməsi üçün işlədiln sözlər, cümlələr.
2. Müvəqqəti nigahla nigahlanmış qadın.

"Seyyid" – Həzrət Əli və Həzrət Fatimə (s.ə.) nəslindən olan şəxs.

"Səfəri" – Qəsr, dörd rük`ətli namazların səfərdə iki rük`ət qılınması.

"Sə`" – Çəkisi üç kiloqram olan bir ölçü.

"Səlah" - Əvvəlcə onu qeyd edək ki, "səlah" "fəsad"ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
"Yer üzündə fəsad törədər və islah olmazlar." ("Şüəra" surəsi, ayə 152.)
"Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir." ("Bəqərə" surəsi, ayə 220.)
"İslah ol və fəsad törədənlərin ardınca getmə." ("Əraf" surəsi, ayə 142.)
"İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq." ("Sad" surəsi, ayə 27.)
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: "İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun." ("Yunis" surəsi, ayə 91.)
Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: "Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik." ("Yusif" surəsi, ayə 73.)

Sabiun – səbailər (Səbalılar) İraq ərazisində yaşayan xalq, tək Allaha ibadət edərdilər, Zəburun hökmlərini yerinə yetirərdilər və nə yəhudilərə, nə də xristianlara aid deyildilər.


Saibə – ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpəsətlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və sdünü də ancaq qonağa verirdilər.


Səb əl-Məsani – Tez-tez təkrarlanan yeddi Quran ayəsi və ya surəsi. "əl-Fatihə” surəsi ("Quanı açan”) və ya yeddi ilk uzun Quran surələri.


Səbailər – Mübarək Quranda yəhudi və xristianlarla bir yerdə adı çəkilən bir xalqdır. "Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və səbailərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır...” (Bəqərə, 2/62).


Səəy – əs-Səfa və əl-Mərv təpəlikləri arasında həccdə qaçış mə­rasimi və kiçik ziyarətlə bağlı bir ənənədir.


Səir – Alov, Cəhənnəmin adlarından biri.


Səqər – Cəhənnəmin adlarından biri.


Səlsəbil – Cənnət bulağının adı.


Səmud – səmudlular, Təbuk və Məkkə arasında yerləşən bir sahədə yaşamış qədim bir xalqdır. Onlar Allahın Peyğəmbəri Salehi (ə) rədd etmişdilər və buna görə amansız bir səslə məhv edilmişdilər.


Siccin – (a) günahkarların əməllərinin yazıldığı kitab; (b) yer kürəsinin ən aşağıda olanı.


Sidrət əl-Müntəha – Son hüdud şanagülləsi (lotos – göldə bitən çiçəkli bitki). Yeddinci göydə bitən ağac belə adlanır. O, bu adını ona görə alıb ki, yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır. Belə bir ehtimal var ki, onun belə adlandırılması yerdən və yeddi göydən yuxarıda olması və yaradılmışların bilik səviyyəsinin tükənməsi onunla bağlıdır. Bu məsələ ilə əlaqədar digər rəylər də mövcuddur.


Sirat – (a) yol; (b) Cəhənnəmin üstündən salınmış körpünün adıdır. Qiyamət günü adamlar onun üstündən keçib getməlidirlər. Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onların üstündə qarmaqlar sallanmışdır ki, günahkar insanları qamarlayıb Cəhənnəmə atacaqdır.


Sur – Qiyamət saatı gələn anda böyük mələklərdən biri olan İsrafil əleyhissalamın üfürüb səsləndirəcəyi bir vasitə. Şərəfli Quranda surun necəliyi açıqlanmamışdır. Peyğəmbərimizin (s.ə.s.) hədisində isə onun "buynuzabənzər bir alət” olduğu bildirilir.


Surə – (a) Müqəddəs Quranın müstəqil hissələri; (b) yüksək məqam. Quran hissələri – Məkkə və Mədinə surələrinə bölünür. Qurani Kərimin 114 müstəqil hissəsinin hər birinə verilmiş ad, yüksək rütbə, dərəcə, mövqe, şan, şöhrət, gözəl bina, binanın bir hissəsi və ya mərtəbəsi, divar hörülməsində işlədilən daş, kərpic, nişanə və ya əlamət mənasında da işlədilən bir kəlmə.


Sünnə – (a) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu. "Peyğəmbərin yolu” adı altında onun əməlləri, davranışı, kəlamları, əmrləri və b.; (b) məcburi olmayan və yerinə yetiril­məməsinə görə müsəlman üçün cəza nəzərdə tutulmayan göstəriş və töv­siyələri.


Sünnə – yol, gedilən yol, təbiət, şəriət, üz, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sözü, əməlləri, rəftarı, davranışı, bəyəndiyi şeylər, əməllər, hərəkətlər, qoyduğu qaydalar. Ərəb dilində cəm halında "sünən” adlanır.

Category: S | Added by: Ənfal
Views: 477 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]