Cümə günü, 2024-05-03, 11:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » R

R
2012-11-22, 9:05 AM
Rəbəvi borc – Artığı ilə ödənilməsi şərtilə verilən borc.

Rəca`ən – Həqiqətə çatmaq ümidi ilə bir işi görmək.

Rəca` qəsdilə – (Rica`ən) bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə onu həqiqətə oxşatmaq ümidilə etmək.

Rəhn – Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Tə`yin edilmiş vaxtda borc qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar əvəzində istifadə edə bilər.

Rükn – Bir şeyin təməl dirəyi, ibadətlərin təməl üzvü.

Rüku – Önə doğru əyilmək. Namazda Allahın əzəməti qarşısında əllər dizə çatacaq qədər əyilmək. qabağa əyilmə, namazda qiraətdən sonra yerə paralel şəkildə önə əyilmə, fiqh istilahıdır. Rüku namazın rüknlərindən (vacib ünsürlərindən) biridir və fərzdir (məcburi vacib olandır). Rükuda əllər dizlərə qoyulur. Namazda tam rükuya getməyən şəxs (ayaq üstə dayanmaya yaxın olarsa) rükuya getmiş sayılmır, əyilməsi rüku vəziy­yətinə yaxın olduqda isə bu sayılır. Camaatla namaz qılarkən imama rükuda çatan şəxs ayaq üstə "Allahu Əkbər” deyərək rükuya gedir.

Ramazan – müsəlman Ay təqviminin doqquzuncu ayıdır. Bu ay ərzində müsəlmanlar fərz (bax) oruc tuturlar. Bu ayda Mübarək Quranın nazil edilməsi başlanmışdır və Böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son ongünlüyünün günlərindən biri Qədr gecəsi adlandırılmışdır.
Rəqim – ya yer adıdır, ya da mağarada üç yuz il və bir də doqquz (il) yatmış gənclərin adı həkk olunmuş daşdır.


Rəss – Rəss Səmud yaşayış məskənlərindən birinin adı və ya Yamamada bir şəhərin adı, ya da ki, Azərbaycanda bir quyunun adıdır. Hədislərdən birində nəql edildiyinə görə bu quyulardan birinə Allahın peyğəmbərlərindən birini atıbmışlar. Belə bir rəy də var ki, bu ad "Yasin” surəsində əhvalatı yad edilən bir xalqın yaşadığı məskənin adıdır.


Roma – Əsfər ibn Roma ibn Əys ibn İshaq ibn İbrahimin nəsilləri olan vizantiyalılar və başqa xalqlardır.
Ruhullah – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələri və ilk müsəlman ilahiyyatçıları "Allah” sözünün təyin olduğu iki söz birləşməsi arasında fərq qoyardılar: (a) söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya cansız əşya olduqda. Məsələn, Beytullah (Allahın Evi); Rasulullah (Allahın Elçisi); Abdullah (Allahın qulu); Ruhullah (Allahın Ruhu). Bu və başqa belə ifadə­lərdə təyinolunan söz Fövqəluca Allah tərəfindən xəlq edilmişləri bildirir. "Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını, onun Ona məxsus olduğunu bildirir. Bu adla Allahın peyğəmbıri İsa (ə.) çağırılır. Onu yaradan zaman Allah buyurmuşdur: "Ol!” və peyğəmbər qeybdən yaran­mışdır. Eynilə bu qaydada Adəm peyğəmbərin (s.) də ruhu xəlq edilmişdir; (b) söz birləşməsində təyinolunan söz keyfiyyət bildirəndə, məsələn: elmullah (Allahın elmi); Həyatullah (Allahın həyatı); Kəlamullah (Allahın nitqi); Zatullah (Allahın mahiyyəti). Bu və digər belə ifadələr Fövqəluca Al­laha xas olan ilahi keyfiyyətlərini əks etdirir.


Rükət – namazın qiyamdan, rükudan və iki səcdədən ibarət olan bir hissəsidir.

Rükuya bitişik qiyam – Rükuya əyilməmişdən əvvəlki sonuncu anda ayağa qalxmaq. Bu namazın rüknüdür.

Category: R | Added by: Ənfal
Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]