Şənbə günü, 2024-05-04, 5:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » Q

Q
2012-11-22, 8:39 AM

Qalib nə deməkdir?

Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq.haliyyədə (hal-hazırda), üzdə, aşkarda olmayan, gizlidə qalan, hissiyyat orqanları ilə dərk edilə bilməyən, müşahidədən kənarda qalan hər şey.

Qəsb nə deməkdir?

Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq.

Qişş nə deməkdir?

Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq.

Qunut nə deməkdir?

Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq.

 Quranın vacib səcdəsi nə deməkdir?

Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir.

Səcdə ayələri aşağıdakılardır
Səcdəsi vacib olanlar:

1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə
2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə
3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə.
4. 30-cu cüz, «Ələq» surəsi, son ayə

Səcdəsi müstəhəbb olanlar:
1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə
2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə
3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə
4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə
5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə
6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə
7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə
8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə
9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə
10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə
11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə

Qufeylə namazı nə deməkdir?

Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəbb olan iki rük`ətli xüsusi namaz.

Qüsalə nə deməkdir?

Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.

Qüsl nə deməkdir?

Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq.

Qiblə – Namaz qılınarkən və bir sıra digər ibadət ayinlərinin icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Məkkə şəhərindəki Məscidülharamda yerləşən Kəbə tərəfə olan istiqamət.


Qureyş – Muhəmməd Peyğəmbərin (s.a.s) mənsub olduğu ərəblər arasında ən məşhur və hörmətli qəbilələrdən biri.

Category: Q | Added by: Ənfal
Views: 739 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]