Cümə axşamı, 2024-04-25, 5:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » M

M
2012-11-22, 9:01 AM
Məhrəm – İnsanın evlənməsi əbədi haram olan şəxslər.

Məzalim – Satıcıdan və alıcıdan, illər ərzində müamilə zamanı bilməyərəkdən pullardan qalan qalıqların miqdarının fəqirlər arasında paylanması.

Məzməzə – Suyu ağızda çalxalamaq.

Məkruh – Edilməsi haram olmayan, lakin şər`i qaydada edilməməsi daha yaxşı olan iş.

Məsh – Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri və üzü öz hissəsinə və ayaqların üzərinə məsh etmək, sürtmək.

Meyyit – Ölü, cənazə.

Məzi – Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil).

Milli mürtədd – Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu bildikdən sonra müsəlman olub, təkrar kafir olan şəxs.

Miskin – Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs.

Mubah – Şər`i nöqteyi-nəzərdən yaxşı və ya pis olmayan iş, vacib, müstəhəbb, haram və məkruhdan qeyri-işlər.

Mübtədiə – İlk dəfə heyz qanı görən qadın.

Mudd – Təqribən 10 sir (750 qr.) miqdarında ölçü.

Muhrim – Həcc və umrə ehramında olan şəxs.

Muhtəzər – Can vermə vəziyyətində olan adam.

Muhtəlim – Yuxuda ikən cinsiyyət üzvündən məni xaric olan şəxs.

Muhtərəm mallar – İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.

Müqəllid – Müctəhidə təqlid edən, onun sözlərinə baxan.

Müməyyiz – Yaxşı və pisi anlayan uşaq.

Murdar – Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.

Musaqat – Sulamaq, bağ sahibi ilə bağban arasında bağlanan anlaşma. Bu anlaşmaya görə bağban ağacları sulayıb, onlara qulluq etməsi müqabilində bağın müəyyən bir miqdarda meyvəsindən istifadə edə bilər.

Mütənəccis – Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək nəcis olan şey.

Mut`ə – Daimi olmayan əqd ilə bağlanan nigah.

Mütləq su – Meyvə və ona bənzər şeylərdən əldə edilməyən və başqa bir şeylə qarışmayan, əgər qarışarsa su halətindən çıxmayan normal su.

Muvalat – Namazın bölmələrini ara vermədən dalbadal qılmaq.

Müvəkkil – Özünə vəkil tutan.

Muzaf su – Bir şeydən əldə edilən su (qarpız suyu və şərbət kimi).

Muzariə – Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma. Bu anlaşmaya görə məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibinin olur.

Müztəribə – Heyz qanı görməsi zamanı normal olmayan qadın.

Müctəhid – Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yə`ni Kitab (Qur`an) və sünnətdən İslami hökmləri çıxarmağa elmi gücü olan şəxs.

Mükəlləf – Həddi-buluğa yetişmiş ağıllı insan.

Münfəridən – Namazı camaatla deyil, tək qılmaq.

Mürtədd – Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq, Allahını, Peyğəmbərini inkar etmək mə`nasına gələn zəruri din hökmlərindən birini inkar edən şəxs.

Müstəhəbb – Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şər`i hökm.

Müstəhəbb qüsl – Bə`zi günlər və gecələr və ya bə`zi ibadətlər və ziyarətlər münasibətilə edilməsi savab olan şeylər (cümə və ziyarət günü).

Müstəhazə – İstihazə qanını görməkdə olan qadın.

Makka – Məkkə – Səudiyyə Ərəbistanında şəhərdir. Müsəlmanların ən mühüm müqəddəs yeri olan Kəbə bu şəhərdə yerləşir. Onun əsası İsmail peyğəmbər (ə.) dövründə qoyulmuşdur. Muhəmməd Peyğəmbər (s.a.s.) də orada anadan olmuş və İslamı yaymağa başlamışdır.


Manna – şehdən əmələ gələn bal kimi kitrə.


Mehr – nikahla əlaqədar olaraq nişanlının adağlısına verdiyi cehiz, maddi mükafat.


Mədyən – (a) Mədyən Şueyb peyğəmbərin (ə.) xalqının yaşadığı şəhərin adıdır; (b) mədyənlilər Mədyən ibn İbrahimin nəslidir, Şueyb peyğəmbəri (ə.) inkar və rədd etdiklərinə görə Allah tərəfindən məhv edilmişlər.


Mənat – bütpərəst ərblərin əl-Aus və əl-Xəzrəc qəbilələri tərəfindən ilahiləşdirilmiş və Məkkə ilə Mədinə arasındakı Kudeyda adlı yerdə qoyulmuş ən məşhur bütlərindən biri. Məkkə fəth edilən ildə Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmri ilə bu bütü dağıtmışdır.


Mənsux – ləğv edilmiş Quran ayələri və ya dini hökmlər. Quranın üç növ ləğv edilmiş ayələri mövcuddur:
Birincisi, ayədə verilən göstəriş ləğv edilir və ayə özü Quranın mətnindən çıxır. Bu qayda ilə Fövqəluca Allah yad qadının əmizdirdiyi uşağa öz döşündən on dəfə doyurana qədər süd verməsi ilə süd qohum­luğunun yaranması haqqında hökmünu ləğv etmişdir.
İkincisi, ayədə olan hökm saxlanılır, amma ayə Quran mətnindən düşür. Beləliklə, Fövqəluca Allah beş dəfə tam əmizdirmədən sonra süd qohumluğu yaranması barədə xatırlatma olan ayəni və habelə zinakarlıq etmiş evli kişi ilə ərli qadını ölənədək daşlamaqla edam etmək haqqında ayəni də ləğv etmişdir.
Üçüncüsü, ayənin tərkibində olan hökm ləğv edilir, amma ayə Quranın mətnində saxlanılır. Bu qayda ilə, vəsiyyətnamə haqqında ayə və Quranın bir sıra digər hökmləri ləğv edilmişdir.
Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmrləri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) məhz yaşadığı dövrdə Fövqəluca Rəbbin iradəsi ilə ləğv edilmişdir və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəfatından sonra dəyişdirilə bilməz.
Möhkəmət – aydın məzmunlu və qüvvədən düşməmiş dini hökmlər­dən ibarət olan Quran ayələridir.


Muəlləfat əl-Kulub – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) İslamı yenicə qəbul edib müsəlman olmuş şəxslərə onların imanını möhkəmlətmək üçün verdiyi sədəqə.


Muhacirun – (a) 8-ci əsrdə Məkkə fəth edilənə qədər, digər şə­hərlərdən və vilayətlərdən Mədinəyə köçmüş (hicrət etmiş) Muhəmməd Peyğəmbərin (s.a.s.) səhabələridir; (b) İslama düşmən münasibət bəsləyən ölkələrdən öz əqidəsini qorumaq məqsədilə hicrət edən müsəlmanlardır.
Mütəşabihat – (Hərfi mənada – bir-birinə bənzəyənlər) Quranın mənası qapalı olan, bir sıra fərqli mənalar verən, təfsirində çətinlik çəkilən ayə və kəlmələr. Bunların cəminə mütəşabihat deyilir. Ayələrin əsil mənasını onları şərh etməklə başa düşmək olur. Allahın sifətləri, Qiyamətin durumu, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ifadələr bu qəbildən olan mütəşabihlərdir. Məsələn, bir ayədə (Zumər, 39/23): "Allah Sözün ən gözəlini – bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” deyilərək, Quranın bütövlükdə mütəşabih olduğu bildirilir. Burada mütəşabih sözü oxşar, bənzər mənasında işlədilmişdir. Quranın Ali-İmran surəsində isə ayələrin aydın və mütəşabih olmaqla iki qismə ayrıldığı göstərilir: "Quranın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın əsasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 3/7).


Müttəqi – Allahdan qorxan və mömin müsəlmandır. O, Fövqəluca Allah qarşısında qorxudan günah işlətməkdən boyun qaçıran və Rəbbinə bəslədiyi məhəbbət xatirinə xeyirxah əməllər edəndir.


Müzdəlifə – Ərəfat və Mina arasında yerləşən vahədir. Zəvvarlar Zül-hiccə ayının onuncu gecəsi orada gecələyirlər


Category: M | Added by: Ənfal
Views: 756 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]