Cümə günü, 2024-04-26, 4:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » L

L
2012-11-22, 8:59 AM

Ləhv alətləri nə deməkdir?

Ləhv alətləri – Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.).

Leylət əl-Qədr – əzəmət və ya qismət gecəsi, Ramazan ayının sonuncu on günündən, həftənin tək gününə düşən bir gecə. Müqəddəs Quranda deyilir ki, bu gecə, belə gecənin olmadığı min aydan üstündür, yəni, əgər mömin bu gecə ərzində Allaha ibadətlə məşğul olarsa, o, min ay ərzində Allaha edəcəyi ibadətə görə qazanacağı mükafatdan daha böyük mükafat qazanar.


Lə İlahə iləllah – təkallahlığın sübutu və şəhadətidir. O, "Allahdan başqa Allah yoxdur” deməkdir. Allah – ibadət və ilahiləşdirmənin yeganə obyektidir. Müsəlmanlar Fövqəluca Allahdan başqa heç kimə ibadət etmirlər. Çünki təkcə O (Pak və Müqəddəs), ilahi xilqətlər yaratmağa qadirdir və həqiqi Allaha məxsus kamil sifətlərə malik olan da yalnız Odur. Müsəlmanlar bütlərə, ulduzlara, müqəddəslərə, peyğəmbərlərə və yaxud mələklərə ibadəti rədd edirlər. Çünki bütün bu saydıqlarımız yaradılmışlardır və onlar Xaliqə, Yaradana möhtacdırlar. O (Pak və Mü­qəddəs) isə yenilməz Qüdrət Sahibidir və heç kimə və heç nəyə möhtac de­­yildir.
Lakin bu şəhadətə iman gətirmək və müsəlman olmaq üçün səkkiz (ya da yeddi) şərt yerinə yetirilməlidir. Bunlarsız tövhid şəhadəti kimsəyə fayda verməz. Bunlar – (1) bu, şəhadətin mahiyyəti haqqında bilikdir ki, o, nadanlıqla bir araya sığmaz; (2) bu, şəhadətin doğruluğuna iman gətirməkdir ki, şəkk gətirməklə bir araya sığmaz; (3) bu, qəlblə və ağızla şəhadətin qəbul edilməsidir ki, onun sözlərini deməkdən boyun qaçırmaqla bir araya sığmaz; (4) bu, şəhadətin bütün tələblərinə mütiliklə tabe olmaqdır ki, Allaha və Onun Peyğəmbərinə (s.ə.s.) asi olmaqla bir araya sığmaz; (5) bu, şəhadəti dilə gətirərkən təbii olan səmimiyyətdir ki, yalanla bir araya sığmaz; (6) bu, şəhadətə bəslənilən məhəbbətdir ki, təkallahlığa qarşı kinlə və ikrahla bir araya sığışmaz; (7) bu, Allahdan başqa hər şeyə qarşı ibadət etməkdən əl çəkməkdir.


Lövhi-Məhfuz – ərəbcə "qorunan lövhə” deməkdir. Yaradılışdan Qiyamətə qədər olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-məhfuz Allahın elmi və sifətləri ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi adlandırılmasının səbəbi onda yazılmış ilahi məlumatlara hər hansı bir müdaxilənin mümkün olmaması, onların də-yişdirilməsinin imkansızlığı və mütləq mühafizə altında olmasıdır.

Category: L | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]