Cümə axşamı, 2024-04-25, 5:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » İ

İ
2012-11-22, 7:00 AM

"İnfaq" nə deməkdir?

"İnfaq" – Allah yolunda xərcləmək.

 "İcarə" nə deməkdir?

"İcarə" – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının istifadəsinə vermək barədə bağlanan müqavilə.

"İftar" nə deməkdir?

"İftar" – Orucu pozmaq.

 "İstidrac" nə deməkdir?

"İstidrac" - sözü bu mənaları bildirir: Bir şeyə tədricən yaxınlaşmaq; möhlət vermək; yavaş-yavaş işə salmaq; Allah bəndəni yavaş-yavaş öz əzabına yaxınıaşdırır; möhlət və ya tədriciliklə ilahi əzaba yaxınlaşma; Allah öz günahkar bəndəsinə ardıcıl və geniş nemət əta edir(tedricən əzaba düçar olsun deyə); Allah günahkar bendeyə oqədər nemət verir ki tövbə və istiğfar yadından çıxsın(asta-asta əzab üçün zəmin yaransın).

"İctihad" nə deməkdir?

"İctihad" - İslam dininin əsas mənbələrini, yəni Quran, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.

"İctinab" nə deməkdir?

"İctinab" - "Çəkinmək, uzaq qaçmaq" deməkdir. İslam əxlaqında adətən günahlardan çəkinməyə "ictinab" deyilir. Günah və haram işlərdən ictinab etmək insanın əxlaqını kamilləşdirir, onu dünya və axirət xoşbəxtliyinə yetirir.

 "İhdinәs-siratәl" nə deməkdir?

"İhdinәs-siratәl" - "İhdinәs-siratәl”in mәnası budur ki, insan hәmişә belә desin:
İlahi, keçmişdә mәnә tofiq verdiyin kimi gәlәcәkdә dә ver ki, sәnә itaәt edim.
Siratәl-müstәqim iki qismdir: Dünya yolu vә axirәt yolu. Dünyadakı yol ifrat-tәfrit vә batildәn uzaqlaşmaq, axirәt yolu isә möminlәrin (imamların) yoludur ki, cәnnәtә doğru aparır vә siratәl-müstәqimin özüdür.

 "İstisqa namazı" nə deməkdir?

"İstisqa namazı" – Yağmur yağması üçün xüsusi bir şəkildə qılınan namaz.

 "İstihazə" nə deməkdir?

"İstihazə" – Qadınların gördüyü üç növ qandan birinin adı.

"İnşa qəsdi" nə deməkdir?

"İnşa qəsdi" – Alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə vücuda gətirməyi qəsd etmək.

 "İstimna" nə deməkdir?

"İstimna" – Məni çıxmasına səbəb olacaq bir işlə məşğul olmaq (əlilə məni çıxmasına səbəb olmaq kimi).

"İstihalə" nə deməkdir?

"İstihalə" – Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya itin bir duzluğa düşüb duza çevrilməsi.

 "İstibra" nə deməkdir?

"İstibra" – Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur:
1. Bövldən istibra.
2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına əmin olmaq üçün bövl etmək.
3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yə`ni nəcis yeyən heyvan, öz təbii yeməyinə alışana qədər insan nəcasatını yeməkdən qorumaq.

"İrtimas" nə deməkdir?

"İrtimas" – Suya baş vurmaq.

"İstitaət" nə deməkdir?

"İstitaət" – Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; şəxsin boynuna həcc gəlməsi.

"İmsaq" nə deməkdir?

"İmsaq" – Bir şeydən çəkinmək.

"İrs" nə deməkdir?

"İrs" – Ölən bir şəxsdən varisinə qalan mal.

 "İrtimasi dəstəmaz" nə deməkdir?

"İrtimasi dəstəmaz" – Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan dəstəmaz.

"İrtimasi-qüsl" nə deməkdir?

"İrtimasi-qüsl" – Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl.

"İfza" nə deməkdir?

"İfza" – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü bir eləmək, yə`ni məcralar arasındakı pərdəni yırtmaq.

"İkinci fəcr" nə deməkdir?

"İkinci fəcr" – Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı həmin vaxtdan görünür.

 "İhtilam" nə deməkdir?

"İhtilam" – İnsandan məni çıxması.

"İqamət qəsdi" nə deməkdir?

"İqamət qəsdi" – Yolçunun bir yerdə on gün qalmağa qərar verməsi.

İsrail – Yaqub peyğəmbər (ə).

Category: İ | Added by: Ənfal
Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]