Cümə günü, 2024-03-29, 2:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » H

H
2012-11-22, 9:14 AM
Həcc-Beytullah – Hərəmi (Kə`bəni) ziyarət etmək və bir sıra xüsusi əməlləri yerinə yetirmək.

Heyz – Aybaşı olan qadın.
 
Hakimi şər`i – İslam hökmlərini icra məqamında olan müctəhid və ya onun naibi, başqa sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi.

Haram – İslama görə edilməsi qadağan olan iş.

Hərbi kafir – Müsəlmanlarla savaş halında olan kafir.

Hisbi şeylər – Adil bir müctəhidin və ya onun naibinin baxması lazım gələn işlər (yetimlərin mallarına baxmaq).

Hənut – Ölənin alnına, əllərinin içinə, dizlərinin gözünə və ayaq baş barmaqlarının ucuna kafur sürtmək.

"Hidayət" - "Hidayət" doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. "Ta-ha" surəsinin 50-ci ayəsində buyurulur: "Allahımız hər şeyi yaratdı, sonra isə, onları hidayət etdi".

"Hidayət" kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:
1. Təkvini hidayət
Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-təala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.

2. Təşri´i hidayət
Təşri´i hidayət peyğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər. "Ənbiya" surəsinin 73-cü ayəsində oxuyuruq: "Biz, onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz, onlara xeyirli işlər görməyi, namaz qılıb, oruc tutmağı vəhy etdik".

Ayə və hədislərdən belə məlum olur ki, təşri´i hidayət, başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı insanlara təsirli ola bilir.

"Hədis" - Həzrət Məhəmməd Peyğəmbərin (s.a.s) dilindən söylənilən kəlam. Şiə məzhəbinə görə, on iki imamın dilindən rəvayət edilən hədislər də peyğəmbərin hədisləri qədər əhəmiyyətli sayılır. İslam tarixi boyunca on minlərlə hədisi əhatə edən iri hədis məcmuələri tərtib olunmuştdur.

"Hicab" - Hicab kәlmәsi hәm örtmәk (mәsdәr), hәm dә örtük vә hicab mәnasına işlәdilir ki, әksәr hallarda pәrdә mәnasını da ifadә edir. Bu kәlmә ona görә örtük mәfhumunu çatdırır ki, pәrdә örtük vasitәsidir. Lüğәt baxımından hәr örtük hicab deyildir. O örtüklәr hicab adlandırılır ki, pәrdә arxasında qalmaq mәnasını çatdırsın. Qurani-Kәrimdә Sülayman peyğәmbәrin hadisәsi ilә әlaqәdar olaraq günәşin qüruba enmәsi belә vәsf edilir: "Hәtta tәvarәt bil-hicabi” -yәni "o vaxt ki, günәş pәrdә arxasında mәxfi oldu.” ( "Sad” surәsi, 32-ci ayә)
Ürәk ilә qarın boşluğu arasında olan pәrdә dә әrәb dilindә "hicab” adlandırılır.

Hami (Ham) – (Bahira sözünə bax!)

Həcc – Məkkəyə edilən böyük ziyarət


Həcc əl-İfrad – bu ziyarət zamanı zəvvar ancaq həcc məqsədi ilə ehrama girir


Həcc əl-Kiran – bu ziyarət zamanı zəvvar ehrama girib, həcc və ya kiçik ziyarət (ümrə) etməyi niyyət tutur.


Həcc ət-Təməttu – bu ziyarət zamanı zəvvar əvvəlcə ümrə etmək niyyəti tutur və bundan sonra ehramdan çıxıb, daha sonra həcc ziyarətinə başlayır

Hənif – tövhid, təkallahlıq tərəfdarı


Hicrət – (a) müsəlmanların dini səbəblərə görə, İslama düşmənçilik edən ölkələrdən, təhlükəsiz yerlərə köçüb getməsi; (b) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələrinin Efiopiyaya (Həbəşistana), sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə köçməsi ilə (ç) xristian erasının 622-ci ilinə uyğun gələn müsəlman təqvimi başlanır.


Hidayət – maarifləndirmək, doğru yol göstərmək, rəhbərlik etmək, azğınlıqdan xilas edilib İslamın nurlu yoluna yönəlməkdir.


Hudeybiyyə – Məkkənin 16 kilometrliyində Ciddəyə gedən yolda yer­ləşən yer adıdır. Hicri tarixinin 6-cı ilində orada Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) müsəlmanları şəhərə buraxmayan və onları kiçik ziyarət etməyə qoymayan məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı


Hur əl-İn (Huri) – hurilər, Adəmin nəslinə aidiyyəti olmayan, qeyri-adi gözəlliyə malik və işıqlı fonda xüsusilə seçilən iri qara gözlü Cənnət sakinləridir.


Hüneyn – Məkkə ilə Taif arasında yerləşən vahə. Orada hicri tarixinin 8-ci ilində müsəlmanlarla çoxallahlılar (müşriklər) arasında irimiqyaslı döyüş olmuşdur


Category: H | Added by: Ənfal
Views: 573 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]