Bazar ertəsi, 2024-05-06, 8:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » F

F
2012-11-22, 9:12 AM
Fəqir – Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs.

Fətva – Şər`i məsələlərdə müctəhidin nəzəri.

Fəcr – Sübhə yaxın Günəş doğmamışdan əvvəl üfüqün gündoğan tərəfdən görünən aydınlığı, dan yerinin ağarması.

Fəcri-kazib – Birinci fəcr, sübh azanına yaxın şərqdə, dik şəkildə görünən ağartı.

Fəcri-sədiq – İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı, sübh azanının vaxtı.

Fey – döyüşsüz əldə edilən qənimət; döyüşçülər arasında bölünür. Onun beşdə bir hissəsi müsəlman hökmdarın sərəncamında qalır, qalan beşdə dörd hissə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qohumları (Haşimin və əl-Mütəllibin nəslindən olanlar), ye­­timlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.


Fərz – dini baxımdan yerinə yetirilməsi vacib və məcburi olan. Şərəfli Quranda bir çox ayələrdə keçən bu sözün bundan başqa mənaları da vardır.
Firdous – (a) Cənnətin adlarından biri; (b) Cənnətin mərkəzi və ən yüksək hissəsi

Fərc – Qadının övrət yeri (cinsiyyət üzvü).

Fitr bayramı – Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü.

Fitrə – Fitr bayramı günündə bayram münasibətilə fəqirlərə verilməsi və ya zəkatın məsrəfi ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda, arpa və ya onların miqdarında pul.

Fitri mürtədd – Müsəlman atadan və ya müsəlman anadan yaxud da müsəlman ata-anadan doğulan və sonradan kafir olan şəxs.

Fitriyyə – Fitrə zəkatı.

Fi səbilillah – Allahı yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi müsəlmanların hamısının faydalanacağı iş.
Category: F | Added by: Ənfal
Views: 707 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]