Cümə günü, 2024-04-26, 1:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » C

C
2012-11-22, 9:15 AM
Cahil – Bilməyən (şər`i hökmlərindən xəbərsiz).

Cahili-Qasir (günahsız cahil) – Bilmədiyinə görə günahı olmayan cahil, yə`ni Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs.

Cahili-müqəssir – Bilmədiyinə görə günahı olan cahil, yə`ni məsələləri öyrənməyə imkanı olduğu halda, tənbəllik edib öyrənməyən adam.

Cəbirə – Yara və sairənin üzərinə sürtülən dərman və ya onların üzərinə bağlanan parça, sarğı.

Cəbirəli qüsl – Bədən üzvlərində yara olduğu halda verilən qüsl.

Cəbirəli təyəmmüm – Təyəmmüm üzvlərində yara olduğu təqdirdə alınan dəstəmaz.

Cəllal – İnsan ğaitini yeməyə alışmış heyvan.

Camaat namazı – İki və daha artıq adamın öz sıralarından birinə iqtida ilə qıldıqları namaz.

Cəm kəffarəti – Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doydurmaq və bir qulu azad etmək).

Cənabət – Cünub olma halı. Bir şəxsdən məni çıxması və ya biri ilə cinsi əlaqədən sonrakı hal.

Cima – Cinsi əlaqə.

Cu`alə – «Kim mənə filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm» – deyə bildirilən qərar. Bu qərarı bildirənə «cail», ona əməl edənə «amil» deyirlər.

Cümə namazı – Cümə günü günorta vaxtı günorta namazı əvəzinə ən azı 5 nəfərdən ibarət camaatla qılınan iki rük`ət namaz.

Cüz` və şərt – Olmaması bir şeyin əslinə zərər verən şey o şeyin cüz`üdür, amma olmaması bir şeyin əslinə deyil, istənilən sifətinə zərər verən şey o şeyin şərtidir. Məsələn; rüku və sücudun olmaması namazın əslinə zərər verdiyi üçün namazın cüz`ü sayılır. Lakin təharət və hüzuri-qəlbin olmaması namazın əslinə deyil, «sihhət» və «kamal» sifətlərini aradan qaldırdığı üçün namazın şərti adlandırılmışdır.

"Cihad" - "Döyüş, mübarizə" deməkdir. İslamda cihadın iki növü vardır. İslam düşmənləri ilə, habelə Vətənin azadlığı uğrunda aparılan müharibə "cihadi-əsğər" (kiçik cihad), insanın öz nəfsi və tamahı ilə apardığı mibarizə isə "cihadi-əkbər" (böyük cihad) adlanır.

Cəhənnəm – Axirətdə günahkar qulların əbədi qalacağı əzab məskəni


Cəhim – Cəhənnəm


Cənnət əl-Xuld – əbədiyyət bağı, Cənnətin adlarından biri


Cənnət əl-Məva – sığınacaq-bağ, Cənnətin adlarından biri


Cənnət ən-Nəim – Səadət bağı, Cənnətin adlarından biri


Cibt – (a) Allahdan başqa sitayiş edilən şeylər; (b) cadugərlər və baxıcılar


Cihad – (a) Allah yolunda aparılan müharibə; (b) Fövqəluca Allahın adını şərəfləndirmək məqsədilə göstərilən istənilən səylər. Cihadın bir neçə forması var. Müsəlman dövlətinin təh-lükəsizliyinə qəsd edən və İslamın yayılmasına maneə yaradan kafirlərlə mübarizə hərbi yolla aparılır. Özlərini müsəlman kimi göstərən münafiqlərlə cihad müsa­hibələr, onlara həqiqi biliklərin çatdırılması vasitəsilə aparılır. Şeytanla və insanın öz nəfsi ilə apardığı cihad da mövcuddur.


Cin – Uca Allahın oddan yaratdığı məxluqlar yer üzündə insandan çox əvvəl yaşamışlar və indi də yaşayırlar. Onların arasında da müsəlmanlar və kafirlər mövcuddur. Sonuncuları şeytan və ya iblis adlandırırlar. İnsanlar bəzən cinləri görə bilirlər. Allahın qadağan etdiyinə baxmayaraq, bir sıra cadugərlər və baxıcı-falçılar onlarla əlaqəyə girirlər.


Cizyə – müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan vergi və ya can vergisi


Category: C | Added by: Ənfal
Views: 738 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]