Cümə günü, 2024-04-26, 7:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » B

B
2012-11-22, 7:21 AM

Baliğ nə deməkdir?

Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız.

Batil nə deməkdir?

Batil – Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl.

Bayram nə deməkdir?

Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz (bax: məs. 1528).

Bidət nə deməkdir?

Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq.

Birinci fəcr nə deməkdir?

Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq.

Böyük hədəs nə deməkdir?

Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi)

Bahirə – İslamaqədərki ərəblər tərəfindən sitayiş edilən süd verən dişi dəvə. Əgər dişi dəvə ardıcıl olaraq on dəfə dişi bala doğardısa, bütpərəst ərəblər onu "Saibə” adlandırıb ona sitayiş edərdilər. Bundan sonra o yenə də bir dişi bala doğsaydı, onda onu bahirə adlandırardılar və ona anası ilə bərabər sitayiş edərdilər. Bütpərəstlər onun qulağının ya­rısını kəsər, ona minməz, üstündə yük daşımaz, yununu qırxmaz və südünü ancaq qonağa verərdilər.


Beyət ər-Ridvan – Osman ibn Affanın qureyşlilər tərəfin-dən öldürülməsi xəbəri Məhəmməd Peyğəmbərin (s.ə.s.) səhabə-lərinə çatdıqda, onlar Xudeybiyyədə bir ağac altında razılıq andı, yəni ölənə qədər sədaqətli qalmaq andı içmişdilər. Bu hadisə hicri tarixinin 6-cı ilində baş vermişdi.


Beyt əl-Məmur – yeddinci səmada bilavasitə Kəəbənin üstündə yerləşən məbəddir. Hər gün onu yetmiş min mələk ziyarət edir və onlardan heç biri Qiyamət gününə qədər bir daha oranı ziyarət edə bilməyəcəklər.


Beytulharam – Məkkədə Kəbənin olduğu sahədəki məscidin adı. Ona haram deyilməsi ona hörmət, sayqı göstərmək və qayğı ilə yanaşmaqdan ötrüdür.


Beytulməmur – Baxılan, qulluq edilən ev. Kəbənin üst tərəfində olan bir yerdir. Başqa adı "Durahdır”. Fövqəluca Allah Quranda Beytulməmura and içir və bununla onun yüksək dəyərə malik olduğu aşkar olur.


Bədr – Məkkədən 150 km cənubda yerləşən bir yerdir. İslam tarixində müsəlmanlarla kafirlər arasında ilk irimiqyaslı döyüş keçirilmiş yerdir.


Bəkkə – Məkkə.
Bərzəx – əngəl, iki şey arasındakı pərdə, maddi aləmlə ruhi aləm, yəni ölümdən sonra Qiyamətə qədər qalınacaq aləm və ya qəbir aləminin adı. Bərzəx kəlməsi Quranda üç yerdə keçir. Məsələn, "O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər” "بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ” (Rəhman, 55/19-20).

Category: B | Added by: Ənfal
Views: 686 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]