Şənbə günü, 2024-04-27, 4:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » A

A
2012-11-22, 7:24 AM

Adil nə deməkdir?

Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.

Axar su nə deməkdir?

Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi.

Amil nə deməkdir?

Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə qərarına əməl edən kimsə.

Ariyə nə deməkdir?

Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək.

Asi nə deməkdir?

Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən.

Ayət namazı nə deməkdir?

Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr baş verərkən vacib olan iki rük`ət namaz.

Aybaşı nə deməkdir?

Aybaşı – Heyz, qadının adət halı.

Az su nə deməkdir?

Az su – Yerdən qaynamayan və kürr sudan az olan su.


Ad – ad camaatı qədim xalqdır. Müasir Yəmənin Hadramaut adlı yaşayış məntəqəsində yaşayardılar, Nuh peyğəmbərin (a) nəslindəndirlər. Onlar Hud peyğəmbəri (a) qədd etdilər. Özləri-nin inadkarlıqlarına və zalımlıqlarına görə, başlarının üstündə yeddi gecə və səkkiz gün fasiləsiz tüğyan edən qasırğalı küləklə məhv edildilər.

Ayə nə deməkdir?
Ayə – (a) Quran surələrinin ibarət olduğu nisbətən müstəqil misralar; (b) möcüzə; (c) əlamət; (ç) ibrət.


Category: A | Added by: Ənfal
Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]