Bazar günü, 2024-12-22, 9:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

TÖVBƏ DUASI
2012-10-18, 4:55 PM
TÖVBƏ DUASI
 
Vəfa xanımın tövbə duası haqqında sualına cavab olaraq bildiririk ki, Allah-taala insanlara günahları nə qədər böyük olsa belə haqq yola qayıtmaq fürsəti vermişdir ki, buna tövbə deyilir. Yəni insan etdiyi pis işlərdən həqiqətən narahat olur və bir daha onları etməyəcəyi haqqında Tanrı hüzurunda söz verir.
Tövbə etmək üçün etdiyin pis əməlləri tərk edib, onlara görə Allahdan üzr istəyib və o əməlləri bir daha təkrarlamamaq kifayət edir. İnsan bu peşmnaçılığı hər bir sözlə ifadə edə və Allah-taaladan bağışlanmaq diləyə bilər. Amma biz izləyicimizin sualına görə və onun istəyini nəzərə alıb, tövbə və onun sözlərinin necə olacağı barədə bir-neçə hədisə işarə edirik:
Həzrət Peyğəmbər (s) buyurur:
(لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ)‌؛
"Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır”.(Səvabul-əmal, Şeyx Səduq, s.164;)
O həzrət başqa bir hədisdə buyurur:
( سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ‌)؛
"Sözlərin ağası "La ilahə illəllah” və ibadətlərin xeyirlisi istiğfar və tövbədir”.(Əl-cəfəriyyat-əşəsiyyat, Muhəmməd bin Muhəmməd Əşəs Kufi, s.228;)
Və başqa bir hədisdə buyurur:
(خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ)؛
"Duaların ən yaxşısı İstiğfradır”.
İmam Baqir (ə) buyurur:
(إِنَّ اللَّهَ إِذَا أَرَادَ أَنْ يُعَذِّبَ أَهْلَ الْأَرْضِ بِعَذَابٍ قَالَ لَوْ لَا الَّذِينَ يَتَحَابُّونَ فِي حَلَالِي وَ يَعْمُرُونَ مَسَاجِدِي وَ يَسْتَغْفِرُونَ بِالْأَسْحَارِ لَأَنْزَلْتُ عَذَابِي‌)؛
 "Allah-taala yer əhlini cəzalandırmaq istədiyi zaman buyurur: Əgər mənim halal etdiyimi qazanmağı sevənlər, məscidlərimi təmir edənlər və səhərlər tövbə və istiğfar edənlər olmasaydı, həqiqətən yer üzünə əzabımı nazil edərdim!”.(Əl-Muhasin, Bərqi, 1/53;)
Cabir bin Əbdullah Ənsari deyir: Peyğəmbər (s) buyurdu:
)تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ‌(؛
 "Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbuu bini`mətikə ələyyə və əbuu ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə”.(Məanil-əxbar, Şeyx Səduq, s.140;)
Yəni: "Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən sənin qulun və bəndənəm! Və səninlə bağladığım əhd və peymana (layiqli bəndə olacam və əmrlərindən kənara çıxmayacam) sadiqəm! Etiram edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Etdyimin günahların şərrindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən Səndən başqa bağışlayan yoxdur!".

islammektebi.org
Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Ənfal
Views: 1494 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]