Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur |
2013-01-31, 3:19 PM | |
Ruzinin çoxalması üçün ayə Dəfələrlə təcrübə olunmuşdur ki, hər kəs hər gün vacib namazlardan sonra üç dəfə salavat deyərək "Təlaq" surəsinin üçüncü ayəsini oxuyub və daha sonra üç dəfə salavat deyərsə, ruzi çoxalacaqdır. İnşeallah. Ayə belədir: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا
"Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuquhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliqu əmrihi qad cəələllahu likulli şəyin qadra" Tərcüməsi: "Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir." Ruzinin çoxalması üçün ayrı bir ayə Bunun üçün hər gün sübh çağı namazdan sonra əlləri asimana tərəf qaldırıb dua niyyəti ilə bu ayəni on dəfə oxumaq lazımdır: رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ ۖ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ "Rəbbəna ənzil ələyna maidətən minəs-səmai məkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə vərzuqna və əntə xəyrur-raziqin." (Maidə-114) Tərcüməsi: ""Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” | |
Views: 4306 | Downloads: 0 | Comments: 4 | Rating: 4.3/7 |
Total comments: 4 | |||||||||
|