Şənbə günü, 2024-04-20, 9:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

"YA ƏLİYYU, YA ƏZİM” DUASI
2012-10-18, 5:06 PM
"YA ƏLİYYU, YA ƏZİM” DUASI 




بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم
Bağışlayan və mehriban Allahın adı ilə!

يا عَلِيُّ يا عَظيمُ يا غَفُورُ يا رَحيمُ اَنْتَ الرَّبُّ الْعَظيمُ
Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan.

اَلَّذي لَيْسَ كَمِثْلِهِ شَيءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ
Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir.

وَهذا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهْ وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُورِ
Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır.

وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيامَهُ عَلَيَّ
Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. 

وَهُوَ شَهْرُ رَمَضانَ الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، هُدىً لِلنّاسِ وَبَيِّنات مِنَ الْهُدى وَالْفُرْقانَ
O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır.

وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ وَجَعَلْتَها خَيْراً مِنْ اَلْفِ شَهْر
O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin.

فَيا ذَا الْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ
Ey minnət sahibi, Sənə minnət qoyulmaz.

مُنَّ عَلَيَّ بِفَكاكِ رَقَبَتي مِنَ النّارِ فيمَنْ تَمُنَّ عَلَيْهِ،
Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy.

وَاَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ
Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

DUANIN OXUNUŞU
Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Qiran. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

sadeqin.com
Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Ənfal
Views: 2108 | Downloads: 0 | Comments: 2 | Rating: 4.0/1
Total comments: 2
0  
2 Ənfal   (2013-01-31 2:47 PM) [Daxil et]
Ramazan ayyında gündəlik namazlardan sonra oxunur.

+1  
1 qalaktika   (2013-01-30 7:13 PM) [Daxil et]
bu dua ne zaman oxunur?

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]