Cümə günü, 2024-11-22, 2:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

Nadi Əli duası
2012-10-18, 4:27 PM
Nadi Əli duası
 
 
Böyük çətinliklərdən nicat tapmaq üçün oxunan dualardan biri də, «Nadi Əli» duasıdır. Bu duanı daima oxumaqla insan, bir sıra çətinliklərdən qurtula bilər. O cümlədən: 
1. Böyük bir çətinliklə qarşılaşan zaman, bu dua 7 dəfə ixlasla oxunsa həmin çətinlik inşallah həll olar və ya ona dözmək asan olar. 
2.İnsan qorxduğu (və ya ehtiyat etdiyi) zalım bir şəxsin yanına gedərkən, bu duanı 3 dəfə oxuyub bədən üzvlərinə üfürsə, həmin zalım şəxs ona qarşı mehriban olar və onunla yumşaq davranar. 
3. Dünya malı əldə etmək üçün, bu dua sübh namazından sonra 9 dəfə oxunmalıdır. 
4. Borcun ödənilməsi üçün 15 gün ərzində, gündə 22 dəfə bu duanın oxunulması faydalıdır. 
5. Hamilə qadının doğuşu çətin olarsa, doğuşun asanlaşması üçün, bu dua bir kasa suya 5 dəfə oxuyub, həmin qadına içirtmək lazımdır. 
6. Bu duanı özü ilə gəzdirən şəxs, ins-cinin və heyvanların şərrindən amanda qalar. 
7. Övladı olmayan şəxs bu duanı daima oxusa, Allahın inayəti ona yetişər. 
8. Nəzərdə tutulmuş bir şəxsin məhəbbətini qazanmaq üçün, bu duanı, cümə axşamı həmin şəxsin adına 14 dəfə oxumaq və 100 dəfə salavat demək lazımdır. 


بِسمِ اللهِ الرَّحمانِ الرَّحیم 
َنادِ عَلِیًا مَظهََرَ العَجَاِئبِ تَجِدهُ عَونًا لَکَ فِی النَوَائِبِ لِی اِلَی الله حَاجَتِی وَ عَلَیهِ مُعَوَّلِی کُلَّمَا اَمَرتَهُ وَ رَمَیتُ مُنقَضِی فِی ظِلِّ اللهِ وَ یُضِلِّلِ اللهُ لِی اَدعُوکَ کُلِِّ هَمٍ وَ غَمٍّ سَیَنجَلِی بِعَظَمَتِکَ یَا اَللهُ بِنُبُوََّتِکَ یَا مُحَمَّدَ بِوَلایَتِکَ یَا عَلِيُّ یَا عَلِيُّ یَا عَلِيُّ اَدرِکنِی بِحَقِّ لُطفِکَ الخَفِّیِ اَللهُ اَکبَرُ اَنَا مِن شَرِّ اَعدَائِکَ بَرِیءٌ اَللهُ صَمَدِی مِن عِندِکَ مَدَدِی وَ عَلَیکَ مُعتَمِدِی بِحَقِّ اِیَّاکَ نَعبُدُ وَ اِیَّاکَ نَستَعِینُ یَا اَبَا الغَیثِ اَغِثنِی یَا اَبَا الَحَسَنَینِ اَدرِکنِی یَا سَیفَ اللهِ اَدرِکنِی یَا بَابَ اللهِ اَدرِکنِی یَا حُجَّهَ اللهِ اَدرِکنِی یَا وَلِیََّ اللهِ اَدرِکنِی بِحَقِِّ لُطفِکَ الخَفِّی یَا قَهَّارُ تَقَهَّرتَ بِالقَهرِ وَ القَهرُ فِی قََهرِ قََهرِکَ یَا قَهَّار یَا قَاهِرُ العَدُّوِّ یَا وَالِی الوَلِیَِّ یَا مَظهَرَ العَجَائِبِ یَا مُرتَضَی عَلِیِّ رَمَیتَ مَن بَغَی عَلَیََّ بِسَهمِ اللهِ وَ سَیفِ اللهِ القَاتِلِ اُفَوِّضُ اَمرِی اِلَی اللِه اِنَّ اللهَ بَصِیرٌ بِالعِبَادِ وَ اِلهُکُم اِلهٌ وَاحِدٌ لا اِلهَ ِالا هُوَ الَََّرحمَانُ الرَّحِیمُ اَدرِکنِی یَا غِیَاثَ الُمستَغِیثِینَ یَا دَلِیلَ المُتَحَیِّرِینَ یَا اَمَانَ الخَائِفِینَ یَا مُعِینَ المُتَوَکِّلِینَ یَا رَاحِمَ المَسَاکِینَ یَا اِلهَ العَالَمِینَ بِِرَحمَتِکَ یَا اَرحَمَ الرَّاحِمِینَ وَ صَلَّیَ اللهُ عَلیَ سَیِّدَنَا مُحَمَّدٍ وَ آلِهِ اَجمَعِینَ وَ الحَمدُ للَهِ رَبِّ العَالَمِینَ.
 
 
 
Nadi Əli

Bismillahir Rəhmanir Rəhim
 
     Nadi Əliyyən məzhərəl əcaib təcidhu əvnən ləkə fin nəvaib li iləllahi hacəti və əleyhi muəvvəli kulləmə əmərtəhu və rəmeytu munqəzi fi zilillahi və yuzlillahu li ədukə kullə həmmin və ğəmmin səyəncəli bi əzəmətikə ya Allahu,bunivvətikə ya Muhəmmədə,bivilayətikə ya Əliyyu,ya Əliyyu,ya Əli ədrikni bihəqqi lutfikəl xəfiyyi Allahu Əkbəru ənə min şərri ə"daikə bəriun,Allahu samədi min indikə mədədi və əleykə mutəmidi bihəqqi iyyəkə nəbudu və iyyəkkə nəstəin seyfəllahi ədrikni,ya əbəlğeysi əğisni,ya Əbəlhəsəneyni ədrikni,ya huccətallahi ədrikni,ya vəliyyəllahi ədrikni,bihəqqi lutfikəl xəfiyyi ya Qəhharu təqəhhərtə bilqəhri vəlqəhru fi qəhri qəhrikə Ya Qəhharu ya qahirəl əduvvi ya valiyəl vəliyyi,ya məzhərəl əcaib,ya murtəza Əliyyi rəmeytə mən nəğa əleyyə bisəhmillahi və seyfilləhil qatili ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil ibad,və ilahikum ilahun vahid,la ilahə illa huvər rəhmanur rəhim ərdini,ya ğıyasəl mustəğisin ,ya dəliləl mutəhəyyiyin,ya əmanəl xaifin,ya muinəl mutəvəkkilin,ya rahiməl məsakin,ya ilahəl aləmin birəhmətikə ya ərhəmər rahimin və səlləllahu əla seyyidina Muhəmmədin və alihi əcməin vəl həmdulillahi rəbbil aləmin.

 
 Nadi Əli» duasının tərcüməsi
 
Əlini səslə! O Əli ki, onun simasında ecazkar və mükəmməl xüsusiyyətlər heyrətamiz şəkildə təzahür etmişdir! Əlini səslə! Səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə sənə yardımçı olsun! Bu aciz və dəyərsiz bəndə daim Allaha möhtacdır. Mən hər bir işimdə o Həzrəti Rəbbimlə öz aramda vasitəçi seçib ona arxalanıram. Bu günə qədər və bundan sonra həyatda hər bir addımımı Tanrının lütfünün kölgəsi altında atmışam və atacağam. İlahi! Məni narahat edən, qəlbimi sıxıntıya düçar edən hər bir iş üçün Sənə üz tutub Səni səsləyirəm ki, işlərimdəki düyün açılsın, çətinliklərim həll olunsun. Ey Tanrım! And olsun Sənin əzəmətinə və böyüklüyünə! Ey Muhəmməd (s)! And olsun sənin peyğəmbərliyinə! Və and olsun sənin imamətinə, ilahi rəhbərlik məqamına, ey Əli! Ey Əli! Ey Əli! Gizli və sirli məhəbbətin, lütfün xatirinə... Mənim halımdan xəbərdar ol! Allahın böyüklüyü vəsf edilə bilməz. Sənə qarşı kin-küdurət, pislik və ədavət yürüdənlərə mən də düşmən kəsilirəm! Mənim bütün ehtiyaclarımı təmin edən hər bir şeydən ehtiyacsız olan Allahdır. Və mənə səndən yardım və dəstək yetişir. Sənə inanıram, sənə arxalanıram! «İyyəkə nəbudu və iyyəkə nəstəin» xatirinə! Ey imdada yetənlərin ağası! Mənə yardım et, fəryadıma çat! Ey Həsən və Huseynin atası! Mənim halımdan xəbərdar ol! Ey Tanrının qılıncı! Düşdüyüm vəziyyətdən hali ol! Ey Allaha doğru açılan qapı! Mənim nə halda olduğumdan xəbər tut! Ey Allahın höccəti və Ona doğru aparan haqq yolun bələdçisi! Mənim halımdan xəbərdar ol! Ey Tanrının təyin etdiyi ilahi rəhbər! Düşdüyüm vəziyyətdən hali ol! And olsun o gizli və sirli lütfünə, ey qələbələr qazanan, zəfərlər çalan və hamıya qalib gələn! Səni and verirəm Allahın qüdrət və hakimiyyətinə, halbuki bu qüdrət və hakimiyyət sənin zəfərində və üstünlüyündə təzahür edir. Ey düşmənə qələbə çalıb qalib olan! Ey Allah dostlarına dost olan! Ey ecazkar xüsusiyyətlərə malik olan! Ey Murtəza Əli! Yəqin bilirəm ki, mənə zülmü rəva görmək istəyən hər bir kəsi sən ölüm gətirən ox və qılıncınla qüvvədən salıb yerə yıxarsan. Mən bütün işlərimi Allaha həvalə edirəm. Həqiqətən, Uca Tanrı öz bəndələrini görür, eşidir və onların halından xəbərdardır. O özü Quranda belə buyurur: «Sizin Rəbbiniz vahid olan Allahdır və Ondan başqa Tanrı yoxdur. O mehriban və mərhəmətlidir». Ey imdad diləyənlərin harayına yetişən! Mənim halımdan xəbərdar ol! Ey yolunu azıb çaş-baş qalanları doğru yola istiqamətləndirən! Ey qorxu və vahimə içərisində olanların pənahı! Ey Ona üz tutub pənah gətirənlərə yardımçı olan! Ey aləmlərin yoxsul və biçarələrinə rəhm edən! Mənim halımdan xəbərdar ol! Sonsuz rəhmətin xatirinə, ey rəhm edənlərin ən rəhimlisi! Ağamız Həzrət Muhəmmədə (s) və onun xanədanına sənin salamın olsun! Həmd və sitayiş aləmlərin rəbbi olan Allaha məxsusdur. 
Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Ənfal
Views: 3373 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-08-12 12:55 PM) [Daxil et]
ALLAHIM BUTUN XESTELERE SEFA VER

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]