Cümə axşamı, 2024-04-25, 4:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

Müşküllərimizin düyünlərini aça bilən dualar
2012-10-22, 5:02 PM

Müşküllərimizin düyünlərini aça bilən dualar


 İmam Muhəmməd Təqi (ə) bizlərə çox dəyərli dualar qoymuşdur. Bu dualardan bəhrələnməyə çalışaq.
Günahdan amanda qalmaq üçün dua
Əli ibni Bəsir İmam Təqiyə (ə) məktub yazaraq, ondan dua yazmağını istəmişdir ki, bu dua onu günahdan saxlasın, dünya və axirəti üçün faydalı olsun. İmam (ə) da mübarək xətti ilə bu duanı yazmışdır:


یا مَن أَظهَرَ الجَمیلَ وَ سَتَرَ القَبیحَ وَ لَم یَهتِكِ السِّترَ
عَنّی یا كَریمَ العَفو یا حَسَنَ التَّجاوُزِ یا واسِعَ المَغفِرَةِ یا
باسِطَ الیَدَینِ بِالرَّحمَةِ یا صاحِبَ كُلِّ نَجوى وَ یا مُنتَهى
كُلِّ شَكوى یا كَریمَ الصَّفحِ یا عَظیمَ المَنِّ یا مُبتَدئَ كُلِّ
نِعمَةٍ قَبلَ استِحقاقِها یا رَبّاه یا سَیِّداه یا مَولاه یا غیاثاه
صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَ أَسأَلُكَ أَن لا تَجعَلَنی فی
النّارِ.



Həzrət (ə) buyurmuşdur ki, bu duadan sonra hacətini də istəyə bilər.

Müşküllərin açılması üçün dua

Əli ibni Mehziyar nəql edir: "Muhəmməd ibni Həmzə mənim üçün məktub göndərmişdi və orada belə yazılmışdı: İmam Cavada (ə) məktub yaz və ondan elə bir dua istə ki, işlərin açılması üçün faydalı olsun. İmam (ə)da bu məktubun cavabında yazmışdır: Muhəmməd ibni Həmzə işlərinin açılması üçün dua istəmişdir və bu duanı (davamlı) olaraq oxusun.



یا مَن یَكفی مِن كُلِّ شَی‏ءٍ و لا یَكفی مِنهُ شَی‏ءٌ اِكفِنی ما
أَهَمَّنی مِمّا أَنا فیهِ فَإنّی أَرجو أَن یُكفى ما هُوَ فیهِ مِنَ
الغَمِّ إِن شَاءَ اللَّهُ تَعالَى





İmamın (ə) bu məktubunu Muhəmmədə çatdırdım və bir müddət keçməmişzindandan azad oldu”.

Səbir yoxsa, hövsələsizlik?
Nəql edilir: "İmam Cavad (ə) üçün bahalı parça aparırdılar və bu parçanı yolda quldurlar oğurlayır. Bu parçanı gətirən şəxs İmama (ə) məktub yazaraq, bu haqda ona məlumat verir. Həzrət (ə) isə cavabındabuyurur: "Şübhəsiz ki, bizim can və malımız İlahi nemətlərdir və o
zamana qədər ki, istəyər, bizi xoş və şadlıqla bəhrələndirər və hər nəyi ki, istəyər, əcr və savabla bizdən alar. Ona görə də hər kimin hövsələsizliyi səbrinə qalib gələrsə, savabı və əcri aradan gedər. Mən bu mövzudan Allaha pənah aparıram”.
Bəzən insanın başına elə bir xoşagəlməz hadisə gəlir ki, zaman keçdikcə onun amilləri aydın olur. Aydın olur ki, insan özü hansısa bir işdə səhv etmişdir. Özü təqsirkardır, əgər düzgün əməl etsəydi, belə olmazdı. Bu, o kəsə bənzəyir ki, sürücülük qaydalarına riayət etmədiyinə görə qəza törədir. Ancaq bəzən də insan öz vəzifəsinədüzgün əməl edir, ancaq başına yenə də xoşagəlməz bir iş gəlir. İmam Cavad (ə) bu cür insanları səbir etməyə dəvət edir və hövsələsizlikdən çəkindirir. Buyurur ki, bu səbrin qarşılığında İlahi mükafatalacaqsınız.
Necə ki, Quran bizi daima səbir etməyə dəvət edir. Bu səbrin qarşılığında səbir edənlərə İlahi rəhmət və hidayəti müjdə verir.

Müsibətlərə səbir etməyin mükafatı
Bir nəfər İmama (ə) məktub yazır və bu məktubda övladının ölümündən və bundan çox təsirləndiyindən yazmışdı. İmam (ə)cavabında yazlr: "


أَما عَلِمتَ أَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ یَختارُ مِن مالِ المُۆمِنِ
وَ مِن وُلدِهِ أَنفَسَهُ؛ لِیَأجُرَهُ عَلى ذلِك؛




"Məgər bilmirsən ki, Allah Təala möminin malından və övladından alır ki, ona müsibət qarşısında səbir etdiyinə görə mükafat versin?”.

İmamdan (ə) 5 qısa tövsiyə
Bir nəfər İmam Cavada (ə) deyir ki, mənə tövsiyə verin. Həzrət (ə) ondan soruşur: "Qəbul edəcəksən?" Deyir: "Bəli". İmam (ə)ona beş tövsiyə verir.
"Birincisi bu idi ki, səbri balışın (söykənə biləcəyin) qərar ver”. Həyatda xoşagəlməz hadisələr az deyildir. Əgər səbir olmasa, insan hər bir şeyə reaksiya verər və ruhi sarsıntı keçirər. Bu cür insan heç bir zaman həyatda irəliləyə bilməz. Həyatın eniş və yoxuşlarını keçib, kamala çata bilməz.
"İkincisi bu idi ki, yoxsulluğu qəbul et”. Öz ixtiyarınla yoxsul yaşamaq və ailəni çətinliyə salmağı İslam dini bəyənmir. Ancaq sadəyaşamaq - bəyənilən bir məsələdir. Əgər insan həyatda yoxsulluqla qarşılarsa, bu zaman ona hazırlanmış olar.
"Üçüncüsü bu idi ki, özündə tapdığın alçaq heyvan meyllərini tərk et və onlara cavab vermə!”. İnsan alçaq heyvani meyllərinə yox deməli və onu kontrolda saxlamalıdır. Məsələn, çox yemək kimi.
"Dördüncüsü bu idi ki, dinin əleyhinə olan qəlb istəklərinə qarşı çıx”. Buna dində "hava” da deyirlər. İnsanın daxilindən onu günaha tərəf sövq edən bir qüvvədir. Bəzən insan deyir ki, ürəyim istəyir filan işi görüm. Bu, həmin havadır ki, daxildən ona əmr edir. İmam (ə) bu tövsiyəsində müxalifət etməyi nəzərdə tutmuşdur. Yəni, daxilindən verilən və dinə qarşı olan hər bir əmrlə müxalifətlik etmək.
"Sonuncu tövsiyə budur ki, bil ki, sən Allah Təalanın nəzərindən gizli deyilsən. Ona görə bax gör, Onun qarşısıda necə düşünür və necə rəftar edirsən?”.
İmam (ə) buyurur ki, bu aləm Allahın sarayıdır və burada günah işlətmək olmaz.İmamın (ə) bu dəyərli tövsiyələrinə biz də əməl etməyə çalışaq ki, həyatımız onların həyatı kimi Həzrət Haqqın rizayətini qazansın.

(Tebyan/ Deyerler.org)

Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Mursəlat
Views: 2023 | Downloads: 0 | Rating: 4.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]