Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur |
KUMEYL DUASI
2012-10-18, 4:40 PM | |
KUMEYL DUASI Bu dua məşhur dualardandır, Əllamə Məclisi (r.ə) buyurmuşdur ki, bu, ən yaxşı dualardan biridir. Bu duanı Həzrət Əli (ə) özünün xüsusi səhabələrindən olan Kumeyl ibni Ziyada öyrətmişdir. Şə`banın 15-ci gecəsində və hər cümə axşamları oxunur. Düşmənin şərrindən amanda olmaq, ruzi qapısının açılması və günahların bağışlanmasında tə`sirlidir. Əllahummə inni əs`əlukə birəhmətikəlləti vəsiət kullə şəy`, və biquvvətikəlləti qəhərtə biha əla kulli şəy`, və xəzəə ləha kullu şəy`, və zəllə ləha kullu şəy`, və bicəbərutikəlləti ğələbtə biha kullə şəy`, və biizzətikəlləti la yəqumu ləha şəy`, və biəzəmətikəlləti mələət kullə şəy,` və bisultanikəlləzi əla kullə şəy`, və bivəchikəl-baqi bə`də fənai kulli şəy`, və biəsmaikəlləti mələət ərkanə kulli şəy`, və biilmikəlləzi əhatə bikulli şəy`, və binuri vəchikəlləzi əzaə ləhu kullu şəy`, ya Nuru, ya Quddus, ya əvvələl-əvvəlinə və ya axirəl-axirin. Əllahumməğfir liyəz-zunubəlləti təhtikul-isəm. Əllahumməğfir liyəz-zunubəlləti tunzilun-niqəm. Əllahumməğfir liyəz-zunubəlləti tuğəyyirun-niəm. Əllahumməğfir liyəz-zunubəlləti təhbisud-dua. Əllahumməğfir liyəz-zunubəlləti tunzilul-bəla. Əllahumməğfir li kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtətuha. Əllahummə inni ətəqərrəbu iləykə bizikrik, və əstəşfiu bikə ila nəfsik, və əs`əlukə bicudikə ən tudniyəni min qurbik, və ən tuziəni şukrək, və ən tulhiməni zikrək. Əllahummə inni əs`əlukə sualə xaziin mutəzəllilin xaşi`, ən tusamihəni və tərhəməni və təc`ələni biqismikə raziyən qania, və fi cəmiil-əhvali mutəvazia. Əllahummə və əs`əlukə sualə məniştəddət faqətuh, və ənzələ bikə indəş-şədaidi hacətəh, və əzumə fima indəkə rəğbətuh. Əllahummə əzumə sultanukə və əla məkanuk, və xəfiyə məkrukə və zəhərə əmruk, və ğələbə qəhrukə və cərət qudrətuk, və la yumkinul-firaru min hukumətik. Əllahummə la əcidu lizunubi ğafirən və la liqəbaihi satira, və la lişəy`in min əməliyəl-qəbihi bil-həsəni mubəddilən ğəyrək, la ilahə illa ənt, subhanəkə və bihəmdik, zələmtu nəfsi və təcərrə`tu bicəhli, və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyy. Əllahummə movlayə, kəm min qəbihin sətərtəh, və kəm min fadihin minəl-bəlai əqəltəh, və kəm min isarin vəqəytəh, və kəm min məkruhin dəfə`təh, və kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəh. Əllahummə əzumə bəlai və əfrətə bi suu hali, və qəsurət bi ə`mali və qəədət bi əğlali, və həbəsəni ən nəf`i bu`du əməli, və xədəətnid-dunya biğururiha, və nəfsi bicinayətiha və mitali, ya Səyyidi, fəəs`əlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali, və la təfzəhəni bixəfiyyi məttələ`tə ələyhi min sirri, və la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati, min sui fi`li və isaəti, və dəvami təfriti və cəhaləti, və kəsrəti şəhəvati və ğəfləti, və kunillahummə biizzətikə li fi kullil-əhvali rəufa, və ələyyə fi cəmiil-umuri ətufa, Ilahi və Rəbbi, mən li ğəyrukə əs`əluhu kəşfə zurri vən-nəzərə fi əmri, Ilahi və Movlayə, əcrəytə ələyyə hukmənittəbə`tu fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi, fəğərrəni bima əhva və əs`ədəhu əla zalikəl-qəza, fətəcavəztu bima cəra ələyyə min zalikə bə`zə hududik, və xaləftu bə`zə əvamirik, fələkəl-həmdu ələyyə fi cəmii zalik, və la huccətə li fima cəra ələyyə fihi qəzauk, və əlzəməni hukmukə və bəlauk, və qəd ətəytukə ya Ilahi, bə`də təqsiri və israfi əla nəfsi, mu`təzirən nadima, munkəsirən mustəqila, mustəğfirən munibən muqirrən muz`inən mu`tərifa, la əcidu məfərrən mimma kanə minni və la məfzəən ətəvəccəhu iləyhi fi əmri, ğəyrə qəbulikə uzri və idxalikə iyyayə fi səəti rəhmətik. Əllahummə fəqbəl uzri, vərhəm şiddətə zurri, və fukkəni min şəddi vəsaqi, ya Rəbbirhəm zə`fə bədəni və riqqətə cildi, və diqqətə əzmi, ya mən bədəə xəlqi və zikri və tərbiyəti və birri və təğziyəti, həbni libtidai kərəmikə və salifi birrikə bi, ya Ilahi və Səyyidi və Rəbbi, əturakə muəzzibi binarikə bə`də tovhidikə və bə`də məntəva ələyhi qəlbi min mə`rifətik, və ləhicə bihi lisani min zikrik, və`təqədəhu zəmiri min hubbik, və bə`də sidqi`tirafi və duai xaziən lirububiyyətik, həyhatə əntə əkrəmu min ən tuzəyyiə mən rəbbəytəh, ov tubə`idə mən ədnəytəh, ov tuşərridə mən avəytəh, ov tusəllimə iləl-bəlai mən kəfəytəhu və rəhimtəh, və ləytə şi`ri, ya Səyyidi və Ilahi və Movlayə, ətusəllitun-narə əla vucuhin xərrət liəzəmətikə sacidəh, və əla əlsunin nətəqət bitovhidikə sadiqəh, və bişukrikə madihəh, və əla qulubini`tərəfət biilahiyyətikə muhəqqiqəh, və əla zəmairə həvət minəl-ilmi bikə hətta sarət xaşiəh, və əla cəvarihə səət ila ovtani təəbbudikə taiəh, və əşarət bistiğfarikə muz`inəh, ma hakəzəz-zənnu bikə və la uxbirna bifəzlikə ənk, ya Kərimu ya Rəbb, və əntə tə`ləmu zə`fi ən qəlilin min bəlaid-dunya və uqubatiha, və ma yəcri fiha minəl-məkarihi əla əhliha, əla ənnə zalikə bəlaun və məkruhun qəlilun məksuh, yəsirun bəqauh, qəsirun muddətuh, fəkəyfəhtimali libəlail-axirəti və cəlili vuquil-məkarihi fiha, və huvə bəlaun tətulu muddətuh, və yədumu məqamuh, və la yuxəffəfu ən əhlih, liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətik, və haza ma la təqumu ləhus-səmavatu vəl-ərz. ya Səyyidi fəkəyfə li və ənə əbdukəz-zəifuz-zəlilul-həqirul-miskinul-mustəkin, ya Ilahi və Rəbbi və Səyyidi və Movlayə, liəyyil-umuri iləykə əşku və lima minha əziccu və əbki, liəlimil-əzabi və şiddətih, əm litulil-bəlai və muddətih, fələin səyyərtəni lil-uqubati məə ə`daik, və cəmə`tə bəyni və bəynə əhli bəlaik, və fərrəqtə bəyni və bəynə əhibbaikə və ovliyaik, fəhəbni, ya Ilahi və Səyyidi və Movlayə və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqik, və həbni, ya Ilahi, səbərtu əla hərri narikə fəkəyfə əsbiru ənin-nəzəri ila kəramətik, əm kəyfə əskunu fin-nari və rəcai əfvuk, fəbiizzətikə ya Səyyidi və Movlayə uqsimu sadiqa, ləin tərəktəni natiqən ləəziccənnə iləykə bəynə əhliha zəcicəl-amilin, və ləəsruxənnə iləykə suraxəl-mustəsrixin, və ləəbkiyənnə ələykə bukaəl-faqidin, və ləunadiyənnəkə əynə kuntə ya vəliyyəl-mu`minin, ya ğayətə amalil-arifin, ya ğiyasəl-mustəğisin, ya həbibə qulubis-sadiqin, və ya ilahəl-aləmin, əfəturakə subhanəkə ya Ilahi və bihəmdik, təsməu fiha sovtə əbdin muslimin sucinə fiha bimuxaləfətih, və zaqə tə`mə əzabiha bimə`siyətih, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətih, və huvə yəziccu iləykə zəcicə mu`əmmilin lirəhmətik, və yunadikə bilisani əhli tovhidik, və yətəvəssəlu iləykə birububiyyətik, ya Movlayə fəkəyfə yəbqa fil-əzabi və huvə yərcu ma sələfə min hilmik, əm kəyfə tu`limuhun-naru və huvə yə`mulu fəzləkə və rəhmətək, əm kəyfə yuhriquhu ləhibuha və əntə təsməu sovtəh, və təra məkanəh, əm kəyfə yəştəmilu ələyhi zəfiruha və əntə tə`ləmu zə`fəh, əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və əntə tə`ləmu sidqəh, əm kəyfə təzcuruhu zəbaniyətuha və huvə yunadikə ya Rəbbəh, əm kəyfə yərcu fəzləkə fi itqihi minha fətətrukuhu fiha, həyhatə ma zalikəz-zənnu bik, və ləl-mə`rufu min fəzlik, və la muşbihun lima aməltə bihil-muvəhhidinə min birrikə və ihsanik, fəbil-yəqini əqtəu lov la ma həkəmtə bihi min tə`zibi cahidik, və qəzəytə bihi min ixladi muanidik, ləcəəltən-narə kulləha bərdən və səlama, və ma kanə liəhədin fiha məqərrən və la muqama, lakinnəkə təqəddəsət əsmauk, əqsəmtə ən təmləəha minəl-kafirinə minəl-cinnəti vən-nasi əcməin, və ən tuxəllidə fihəl-muanidinə və əntə cəllə sənauk, qultə mubtədiən və tətəvvəltə bil-ən`ami mutəkərrima: əfəmən kanə mu`minən kəmən kanə fasiqən la yəstəvun. Ilahi və Səyyidi fəəs`əlukə bil-qudrətilləti qəddərtəha, və bil-qəziyyətilləti hətəmtəha və həkəmtəha və ğələbtə mən ələyhi əcrəytəha, ən təhəbə li fi hazihil-ləyləti və fi hazihis-saəti kullə curmin əcrəmtuh, və kullə zənbin əznəbtuh, və kullə qəbihin əsrərtuh, və kullə cəhlin əmiltuh, kətəmtuhu ov ə`ləntuh, əxfəytuhu ov əzhərtuh, və kullə səyyiətin əmərtə biisbatihəl-kiraməl-katibin, əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni və cəəltəhum şuhudən ələyyə məə cəvarihi, və kuntə əntər-rəqibə ələyyə min vəraihim, vəş-şahidə lima xəfiyə ənhum və birəhmətikə əxfəytəh, və bifəzlikə sətərtəh, və ən tuvəffirə həzzi min kulli xəyrin ənzəltəh, ov ihsanin fəzzəltəh, ov birrin nəşərtəh, ov rizqin bəsəttəh, ov zənbin təğfiruh, ov xətəin təsturuh, ya Rəbbi ya Rəbbi ya Rəbb, ya Ilahi və Səyyidi və Movlayə və malikə riqqi, ya mən biyədihi nasiyəti, ya əlimən bizurri, və məskənəti, ya xəbirən bifəqri və faqəti ya Rəbbi ya Rəbbi ya Rəbb, əs`əlukə bihəqqikə və qudsik, və ə`zəmi sifatikə və əsmaik, ən təc`ələ ovqati minəl-ləyli vən-nəhari bizikrikə mə`murəh, və bixidmətikə məvsuləh, və ə`mali indəkə məqbuləh, hətta təkunə ə`mali və ovradi kulluha virdən vahida, və hali fi xidmətikə sərməda, ya Səyyidi, ya mən ələyhi muəvvəli, ya mən iləyhi şəkəvtu əhvali, ya Rəbbi ya Rəbbi ya Rəbb, qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl-əziməti cəvanihi, vəhəb liyəl-ciddə fi xəşyətik, vəd-dəvamə fil-ittisali bixidmətik, hətta əsrəhə iləykə fi məyadinis-sabiqin, və usriə iləykə fil-barizin, və əştaqə ila qurbikə fil-muştaqinə və ədnuvə minkə dunuvvəl-muxlisin, və əxafəkə məxafətəl-muqinin, və əctəmiə fi civarikə məəl-mu`minin. Əllahummə və mən əradəni bisuin fəəridh, və mən kadəni fəkidh, vəc`əlni min əhsəni əbidikə nəsibən indək, və əqrəbihim mənzilətən mink, və əxəssihim zulfətən lədəyk, fəinnəhu la yunalu zalikə illa bifəzlik, və cud li bicudikə və`tif ələyyə biməcdik, vəhfəzni birəhmətik, vəc`əl lisani bizikrikə ləhica, və qəlbi bihubbikə mutəyyəma, və munnə ələyyə bihusni icabətik, və əqilni əsrəti, vəğfir zəlləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətik, və əmərtəhum biduaikə və zəmintə ləhumul-icabəh, fəiləykə ya Rəbbi nəsəbtu vəchi, və iləykə ya Rəbbi mədədtu yədi, fəbiizzətikəstəcib li duai, və bəlliğni munayə, və la təqtə` min fəzlikə rəcai, vəkfini şərrəl-cinni vəl-insi min ə`dai, ya səriər-riza, iğfir limən la yəmliku illəd-dua, fəinnəkə fə`alun lima təşa`, ya mənismuhu dəva, və zikruhu şifa, və taətuhu ğina, irhəm mən rə`su malihir-rəca, və silahuhul-buka, ya sabiğən-niəm, ya dafiən-niqəm, ya nurəl-mustəvhişinə fiz-zuləm, ya alimən la yuəlləm, səlli əla Muhəmmədin və Ali-Muhəmməd, vəf`əl bi ma əntə əhluh, və səlləllahu əla Rəsulihi vəl-əimmətil-məyamini min alihi və səlləmə təslimən kəsira. TƏRCÜMƏSİ Bağışlayan və rəhmli Allahın adı ilə! İlahi! Rəhminə görə Sənə üz tuturam. Axı Sənin rəhmin hər şeyi əhatə edir. Gücünə görə Sənə üz tuturam. Axı Sənin gücünün qarşısında hər şey sarsılmışdır, hər şey xar olmuşdur, hər şey zəlil olmuşdur. Əzəmətinə görə Sənə üz tuturam. Axı əzəmətinlə hər şeyə qalib gəldin. Şöhrətinə görə Sənə üz tuturam. Axı Sənin şöhrətin qarşısında heç bir şey dura bilməz. Böyüklüyünə görə Sənə üz tuturam. Axı Sənin böyüklüyün hər yeri bürümüşdür. Hökmranlığına görə Sənə üz tuturam. Axı Sənin hökmranlığın hər şeydən üstündür. Hər şey fani olduqdan sonra baqi olan surətinə üz tuturam. Hər şeyin əsasında olan adlarına üz tuturam. Mən Sənin nuruna üz tuturam. Axı Sənin surətinin nuru hər şeyi işıqlandırdı. Ey Nur! Ey eybi olmayan müqəddəs! Ey ilkinlərin ilkini! Ey sonuncuların sonuncusu! İlahi! Bağışla günahlarımı. O günahlar ada ləkə gətirir. İlahi! Bağışla günahlarımı! O günahlar bədbəxtlik, əzab-əziyyət gətirir. İlahi! Bağışla günahlarımı. O günahlar nemətləri dəyişdirir. İlahi! Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır. İlahi! Bağışla günahlarımı. O günahlar bəla gətirir. İlahi! Bağışla etdiyim hər günahı, buraxdığım hər səhvi. İlahi! Səni yada salmaqla Sənə yaxınlaşıram, Səndən özümə şəfaət istəyirəm. Səxavətini diləyirəm ki, məni özünə tərəf gətirəsən, Sənə şükr etməyi mənə bəxş edəsən, Səni yada salmaq üçün məni ilhama gətirəsən. İlahi! Sənə itaətkar, zəlil, qorxaq bəndə kimi yalvarıram ki, məni bağışlayıb mənə rəhm edəsən, mənim üçün ayırdığın qismətə məni razı və qane edəsən, hər yerdə məni təvazökar eləyəsən. İlahi! Ehtiyac içində olan, çətin vaxtlarında öz diləyilə Sənə pənah gətirən və Sənə böyük ümid bəsləyən bir şəxs kimi yalvarıram. İlahi! Hökmdarlığın əzəmətlidir, yerin ucadır, tədbirin gizlindir, fərmanın aşkardır, gücün qalibdir, qüdrətin özünü göstərir, Sənin hökmündən qaçmaq mümkün deyil. İlahi! Səndən başqa günahlarımı bağışlayan, yaramaz işlərimin üstünə pərdə çəkən bir kəs, pis əməlimi yaxşı hərəkətlə əvəz edən bir şey tapmıram. Səndən başqa ilahi yoxdur. Sitayiş yalnız Sənə məxsusdur. Mən özümü zəlil etdim, nadanlığım üzündən özümü cürətli sandım. Arxayın oldum ki, Sən məni əvvəldən yad edib xatırlamsan. Buna görə mən xatircəm oldum. İlahi! Ey mənim Mövlam, neçə çirkin işlərin üstünü örtmüsən? Neçə ağır bəladan məni uzaqlaşdırmısan? Neçə büdrəmədən məni qorumusan? Neçə xoşagəlməz əməldən məni uzaqlaşdırmısan? Layiq olmadığım neçə gözəl tərifləri mənim adıma yazmısan? İlahi! Bəlalarım böyükdür, pis cəhətlərim çoxdur, əməllərim nöqsanlıdır, dəmir qandallar məni buxovladı, sonsuz arzularım məni yaxşı işlərdən saxlayıb həbs etdi, dünya azdırıcı görünüşü ilə, nəfsim isə öz cinayəti və xəyanətilə məni aldatdı. Ey mənim Ağam! Şərəfinə and içib Səndən xahiş edirəm ki, pis əməlim və rəftarım duamın Sənə çatmasının qarşısını almasın, gizli sirlərimə bələd olduğun üçün məni rüsvay etməyəsən, xəlvətdə etdiyim pis hərəkətimə və davranışıma, həddi aşmağım, cahilliyim, şəhvətimin çoxluğu və qəflətdə olmağım davam etdiyinə görə məni cəzalandırmağa tələsməyəsən. İlahi! Şöhrətinin xatirinə həmişə mənə qarşı rəhmli ol, bütün işlərimdə mənimlə mehriban ol. Ey Allahım, ey Rəbbim! Səndən başqa kimim var ki, ziyanlarımı ləğv etməyi və işimə göz qoymağı ondan istəyim? Ey Allahım, ey Mövlam! Sən mənim üçün hökm verdin, mən isə bu hökmlə nəfsimin əsiri olmaq yolunu tutdum, özümü düşmənimin vəsvəsəsindən qorumadım. O da məni istədiyi kimi aldatdı. Qəzavü-qədər bu işdə ona kömək etdi. Və mənimlə baş verən hadisələrlə Sənin qoyduğun bir sıra sərhədləri aşdım, bir sıra işlərinə qarşı çıxdım. Bütün bu hallarda Sənə şükr etməliyəm. Sənin hökmünlə mənim başıma gələnlər üçün heç bir dəlilim yoxdur. Sənin hökmün və bəlaların mənim boynuma qoyulub. Ey Allahım! Təqsirim olduğu üçün və nəfsimə çox ziyan vurduğuma görə Sənin dərgahına gəlmişəm ki, peşiman, qəlbi qırılmış, günahlarının bağışlanmasını tələb edən, günahdan qayıdan, günahlarını boynuna alan, təsdiq və etiraf edən bir insan kimi Səndən üzr istəyəm. Törətdiyim işlərdən yaxa qurtarmağa nə bir pənahım var, nə sığınmağa bir yerim. Üzrümü qəbul etməkdən və məni geniş mərhəmətinin altına almağından başqa bir çıxış yolu yoxdur. İlahi! Üzrümü qəbul et! Düşdüyüm çətin vəziyyətə görə rəhm et! Məni günahlarımın dolaşıq düyünlərindən xilas et! Ey Rəbbim! Bədənimin zəifliyinə, dərimin incəliyinə, sümüyümün nazikliyinə görə mənə rəhmin gəlsin. Ey məni yaradan, məni unutmayıb tərbiyə edən, mənə yaxşılıq edib məni qidalandıran! Başlanğıcda olan mərhəmətin xatirinə, mənə etdiyin keçmiş yaxşılığın xatirinə bağışla məni! Ey mənim Allahım, ey mənim Ağam, ey mənim Rəbbim! Görəsən, Sənin cəhənnəm odunda əzab çəkməliyəmmi? Axı Sənin birliyini qəbul etmişəm. Axı Sənin mərifət nurun qəlbimi bu vəhdətlə tam bürüdükdən sonra dilimdə həmişə Sənin zikrin olmuşdur. Axı, könlüm sənə olan məhəbbətinə görə Sənin birliyinə inanmışdır. Axı günahlarımı etiraf edib Sənin böyüklüyünə acizanə dua edirəm. Bu, Sənin məqamından uzaqdır. Çünki Sən özünün tərbiyə etdiyin bir kəsi zay etməkdən, özünə yaxınlaşdırdığın bir şəxsi özündən uzaqlaşdırmaqdan, yaxud pənah gətirən bir nəfəri azıdırmaqdan, yaxud özünün qoruduğun və rəhm etdiyin bir adamı bəlaya salmaqdan daha kəramətlisən. Kaş, bunu biləydim. Ey mənim Ağam, Allahım, Mövlam! Sənin əzəmətinə səcdə edən surətləri, sədaqətlə Sənin birliyindən danışan və Səni tərifləyib şükr edən dilləri, Sənin ilahiliyini həqiqətini tanıyan könülləri, Səni tərifləyib şükr edən dilləri, Səni elmlə dərk etmək istəyərək Səndən qorxan ürəkləri, günahlarını boynuna alıb Səndən bağışlanmalarını istəyən və Sənə ibadət olunan yerlərə can atan bədənin üzvlərini cəhənnəm odunda yandıracaqsanmı? Sənin haqqında güman belə deyildir. Sənin fəzilətin barədə bizə belə xəbər çatmayıb. Ey kərəm sahibi, ey Rəbbim! Sən özün bilirsən ki, onların nəticələrinə və onlardan doğan xoşagəlməyən şeylərə dözməkdə zəifəm. Düzdür, bu bəlalar və xoşagəlməy ən şeylər çox çəkmir, az qalır və qısa müddətlidir. Bəs mən axirətin bəlalarına və onun böyük əzablarına necə dözəcəyəm? Axı onlar elə bəlalardır ki, müddəti uzundur, çox davam edir və get-gedə yüngülləşən deyil. Çünki bu, yalnız Sənin qəzəbindən, intiqamından və acığından gəlir. Bu, elə bir əzabdır ki, ona nə göylər, nə də yer dözər. Ey mənim Ağam! Bəs mən nə edim? Axı mən Sənin zəif, zəlil, həqir, yazıq və müti bir bəndənəm. Ey mənim Allahım, Rəbbim, Ağam, Mövlam! Giriftar olduğum hansı işlərdən Sənə şikayət edim? Hansı bəlanın əzabı və şiddətindən, ya hansı bəlanın uzun çəkməyindən və müddətindən şivən qoparıb ağlayım? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlinə qatsan, məni dostlarından və övliyalarından ayırsan, necə olar? Ey mənim Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, əzablarına dözdüm. Bəs Səndən ayrılmağıma necə dözüm, necə? Ey Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, Sənin cəhənnəm odunun yandırıcı hərarətinə dözdüm. Bəs Sənin bağışlamaq kəramətinə necə göz yumub dözüm? Ya cəhənnəm odu içində necə yaşayım? Böyüklüyünün xatirinə bağışlamağını istəyirəm. Ey mənim Ağam və Mövlam! Sədaqətlə and içirəm ki, əgər orada məni danışmağa qoysan, Sənə üz tutub şivən qoparmaq istəyən cəhənnəm əhli arasında mütləq şivən qoparıb bərkdən qışqıracağam. Fəryad ilə nalə edənlər kimi Sənin dərgahına boylanıb hər an nalə edəcəyəm. Harada olsan Səni çağıracağam. Ey iman gətirənlərin dostu, ey ariflərin arzularının sonu! Ey çarəsizlərin fəryadına çatan! Ey doğru danışanların ürək dostu! Ey aləmlərin Allahı! Ey mənim Allahım! Görəsən müxalifətinə görə cəhənnəmdə həbs edilən və günahlarına görə oradakı əzabın acısını dadan bir müsəlman bəndəsinin səsini mərhəmətinin sayəsində eşidəcəksənmi? Bu bəndə özünün günahlarına və cinayətlərinə görə cəhənnəm təbəqələri arasında həbs edilmişdir. O, Sənin mərhəmətinə ümid bağlayaraq qışqırıb yalvarır, tovhid əhlinin dililə səni çağırır, Sənin böyüklük dərgahına əl uzadır. Ey mənim Mövlam! O, bu əzab içərisində necə qalar? Axı o, Sənin keçmiş mehribanlığını görmək istəyir. Yaxud cəhənnəm odunda necə əzab çəkər? Axı o, Sənin fəzilətinə və rəhminə ümid bəsləyir. Yaxud cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən onun səsini eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə bürüyəcək? Axı Sən onun zəifliyini bilirsən. Yaxud o, cəhənnəmin təbəqələrində çarəsiz şəkildə necə qalsın? Axı Sən onun sədaqətini bilirsən. Yaxud alovun dilləri onu necə qışqırtmağa məcbur etsin? Axı o, «Aman, ya Rəbb!» - deyə Səni çağırır. Yaxud necə olsun ki, cəhənnəmdən azad olmağı üçün Sənin fəzilətini istəyən bir kəsi orada qoyub tərk edirsən? Heyhat, Sənin haqqında güman belə deyil, Sənin fəzilətin belə tanınmayıb. Bu, inamlı tovhid əhli ilə yaxşılıq və lütflə etdiyin rəftara oxşamır. Mən qəti şəkildə inanıram ki, həqiqəti inkar edənlərə əzab vermək hökmünü verməsəydin və əbədi düşmənlərinin üstündə hökmranlıq etsəydin, mütləq cəhənnəm odunun hamısını söndürüb sərinliyə və salamatlığa çevirərdin. Onda cəhənnəm heç kəsin yeri və məskəni olmazdı. Lakin Sənin adların müqəddəsdir və and içmisən ki, oranı bütün cinlərdən və insanlardan olan kafirlərlə doldurasan, inadlı düşmənlərini cəhənnəmdə həmişəlik saxlayasan. Sən ki, böyük və qüdrətlisən, əvvəldən ənamınla və kəramətinlə buyurmusan: «İman gətirən adam günahkar adam kimidirmi? Əlbəttə, bərabər deyil». İlahi, mənim Ağam! Sənə üz tutub malik olduğun qüdrətinə qətiyyətlə amiranə və qələbə ilə icra etdiyin hökmünə and verirəm ki, etdiyim bütün pis işləri, yol verdiyim günahları, gizlində etdiyim hər bir nadanlığı, mənə sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin etdiyin əziz mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat bağışlayasan. Tərəfimdən edilən hər bir şeyi qeyd edən şahidlərlə yanaşı, Sən özün də onların arxasından nəzərlərindən gizli qalan şeyləri görmək üçün mənə nəzarət etmisən. Sən mərhəmətinlə onları gizli saxladın və fəzilətinlə onların üstünə pərdə çəkdin. Nazil etdiyin hər bir xeyirdən, ya üstün bildiyin yaxşılıqdan, ya yaydığın xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya bağışladığın günahdan, ya örtdüyün səhvlərdən mənim payımı artıq etməyini diləyirəm. Ya Rəbb, ya Rəbb, ya Rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim sahibim, ey ixtiyarım əlində olan, ey mənim yoxsulluğumdan və ehtiyaclarımdan xəbərdar olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Haqqının, müqəddəsliyinin, əzəmətli keyfiyyətlərinin və adlarının xatirinə Sənə üz tutub yalvarıram ki, gecəli-gündüzlü vaxtım Səni yada salmaqla keçsin, xidmətinə qovuşum, əməllərim dərgahında qəbul olsun. Yalvarıram ki, bütün işlərim və sözlərim yalnız bir söz olsun, vücudum daim Sənin xidmətində olsun. Ey mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Sənə xidmət etmək üçün bədənimin üzvlərinə güc ver, bədənimi bərkit, Sənin qorxun qarşısında mənə çalışmaq səyi bəxş et və xidmətinə çatmaq üçün mənə dəyanət ver. Qoy yarış meydanlarında Sənə tərəf tez gələ bilim, Sənə doğru can atanlar arasında tələsim, Sənin həvəsində olanlar sırasında şövqlə Sənə yaxın düşüm, sadiq adamlar kimi Sənə yaxınlaşım, möhkəm inamlı şəxslər kimi Səndən qorxum, imanlı insanlarla birgə Sənin dərgahının astanasında dayanım. İlahi, pisliyimi istəyən hər kəsin pisliyini istə, məni aldananı Sən də kələyə düçar et. Səndən ayrılan bir pay kimi məni özünün ən yaxşı bəndələrindən birinə, yeri Sənə yaxın olan kəsə və Sənin dərgahında yüksək məqamına görə seçilmiş şəxsə çevir. Həqiqətən, Sənin fəzilətin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət göstər, şöhrətinlə vurğun et, xoş cavabınla mənə minnət qoy, səhvimdən keç, yoldan büdrəyib çıxmağımı bağışla. Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyə zəmanət vermisən. Ona görə ya Rəbb, üzümü Sənə tutmuşam. Ya Rəbb! Əlimi Sənə tərəf uzatmışam. Səni böyüklüyünə and verirəm ki, duama cavab ver, məni arzuma çatdır, fəzilətindən ümidimi kəsmə, məni cin və insanlardan olan düşmənlərimin şərindən saxla. Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi olmayanı bağışla. Axı Sən istədiyini edə bilirsən. Ey adı dərman olan, zikr edilib xatırlanması şəfa olan, itaətində durmaq zənginlik olan Allah! Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et! Ey nemətləri bol olan, ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan ürəklərin nuru, ey heç kəsdən heç nə öyrənməmiş alim! Muhəmmədə və Muhəmmədin nəslinə salam göndər. Mənimlə özünə yaraşan tərzdə rəftar et. Allah Peyğəmbərini və onun nəslindən olan xoşbəxt imamları bəyəndi və çox alqışladı. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh! | |
Views: 1233 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |