Çərşənbə günü, 2019-10-16, 11:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

İnsanı gözdəymədən, təhlükələrdən qoruyan dualar
2013-02-18, 9:37 PM
İnsanı gözdəymədən, təhlükələrdən qoruyan dualar
 İslam dininə görə insanların bəzisinin bəzisinə gözü dəyir. Bunun qarşısını almaq üçün Məsumlar (ə) bizə bəzi duaları tövsiyə edirlər ki, onu kağıza yazıb özümüzlə gəzdiririk. Bu dua bizi göz dəyməsindən və bəladan qoruyur.

Hər bir insan zati cəhətdən yoxsuldur. Ona görə də həmişə Xaliqindən asılı olur və onu hifz etməsinə ehtiyac duyur. Bu Allah Təaladır ki, həm Xaliqdir, həm də hifz edəndir, Hafizdir.

Əbu Həmzə İmam Səccaddan (ə) belə sual edir: "Həzrətə (ə) sual verdim: "Yusifi (ə) quyuya atanda onun neçə yaşı var idi?". Həzrət (ə) cavabında buyurur: 9 yaşı. Bu yaşda olan bir uşaq belə bir şəraitdə narahat olar və iztiraba düşərdi. Ancaq bu uşaqda olan iman gücü qəribə bir təsir qoydu. Həzrət Yusifi (ə) quyudan çıxardan zaman karvan əhlindən biri mehribancasına deyir: "Bu qərib uşağa qarşı yaxşı rəftar edin". Həzrət Yusif (ə) bu cümləni eşidir və rahat bir şəkildə buyurur: "O kəs ki, Allahla bir yerdədir tənha və qərib deyildir”".

Əbu Həmzə nəql edir: "Eşitmişəm ki, İmam Baqir (ə) buyurur: "Hər bir möminin hafizi və sayibi vardır". Dedim: "Ey Əba Cəfər (ə), hafiz və sayib nədir?". Buyurdu: "Hafiz - Allah Təala tərəfindəndir ki, onu vilayətdə hifz edər. Mömin harada olursa-olsun, onun vasitəsilə nəzarətdə saxlayar. Amma sayib Həzrət Muhəmmədin (s) müjdəsidir ki, Allah Təala onun vasitəsilə möminə hər bir halda və harada olursa olsun müjdə verər”.

Məsumlardan (ə) bizə bəladan və göz dəyməsindən qoruyan dualar qalmışdır. İmam Səccaddan (ə), Həzrət Xədicədən (s.ə), İmam Həsəndən (ə) qalan dular kimi.

İmam Səccaddan (ə) bizə çatan dua budur:

"يَا أَسْمَعَ السَّامِعِينَ يَا أَبْصَرَ النَّاظِرِينَ يَا أَسْرَعَ الْحَاسِبِينَ يَا أَحْكَمَ الْحَاكِمِينَ يَا خَالِقَ الْمَخْلُوقِينَ يَا رَازِقَ الْمَرْزُوقِينَ يَا نَاصِرَ الْمَنْصُورِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا دَلِيلَ المُتَحَيِّرِينَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ أَغِثْنِي يَا مَالِكَ يَوْمِ الدِّينِ إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعِينُ يَا صَرِيخَ الْمَكْرُوبِينَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ أَنْتَ اللَّهُ رَبُّ الْعَالَمِينَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ الْمَلِكُ الْحَقُّ الْمُبِينُ الْكِبْرِيَاءُ رِدَاؤُكَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ الْمُصْطَفَى وَ عَلَى عَلِيٍّ الْمُرْتَضَى وَ فَاطِمَةَ الزَّهْرَاءِ وَ خَدِيجَةَ الْكُبْرَى وَ الْحَسَنِ الْمُجْتَبَى وَ الْحُسَيْنِ الشَّهِيدِ بِكَرْبَلاءَ ، وَ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِينَ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ الْبَاقِرِ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ وَ مُوسَى بْنِ جَعْفَرٍ الْكَاظِمِ وَ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ التَّقِيِّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ النَّقِيِّ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَسْكَرِيِّ وَ الْحُجَّةِ الْقَائِمِ الْمَهْدِيِّ الْإِمَامِ الْمُنْتَظَرِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ اللَّهُمَّ وَالِ مَنْ وَالاهُمْ وَ عَادِ مَنْ عَادَاهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَ اخْذُلْ مَنْ خَذَلَهُمْ وَ الْعَنْ مَنْ ظَلَمَهُمْ وَ عَجِّلْ فَرَجَ آلِ مُحَمَّدٍ وَ انْصُرْ شِيعَةَ آلِ مُحَمَّدٍ [وَ أَهْلِكْ أَعْدَاءَ آلِ مُحَمَّدٍ] وَ ارْزُقْنِي رُؤْيَةَ قَائِمِ آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ أَشْيَاعِهِ وَ الرَّاضِينَ بِفِعْلِهِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

İbni Munzər nəql edir: "İmam Sadiqin (ə) yanında (tənhalığın) qorxusundan söz açdım və Həzrət (ə) buyurdu: "Sən elə bir şey öyrədim ki, nə zaman onu desən, nə gecə və nə də gündüz tənhalıqdan qorxmayacaqsan". Bu dua belədir:

بسم اللَّه و باللَّه و توكلت على اللَّه و انه‏ مَنْ یَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللَّهَ بالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَیْ‏ءٍ قَدْراً، اللهم اجعلنى فی كنفك و فی جوارك واجعلنى فی أمامك و فی منعك

Sonra buyurdu: "Bizə belə bir xəbər çatmışdır ki, 30 yaşlı bir kişi bu duanı hər gün oxuyardı, ancaq bir gün tərk etdiyi zaman onu əqrəb çalır”.

Bu duaların mətninə nəzər salan zaman görmək olur ki, insan Allaha diqqət etməyə və Ondan yardım almağa dəvət edilir. Bu kəlmələr öz-özlüyündə çox az əsərə malikdir. Ancaq insan onu oxuyan zaman Allahdan yardım diləyir və Ondan asılı olduğunu bildirir.

Nəql edilir ki, Peyğəmbərin (s) zamanında bir tacir təvəkkül edərək təkbaşına səfərə çıxırdı. Heç bir zaman Mədinədən Şama gələn karvana qoşulmazdı. Səfərlərin birində onu oğru soyur və tacir dəhşətə düşür. Deyir: "Bütün malım sənin olsun. Ancaq mənə əziyyət vermə. Oğru deyir: "Səni də gərək öldürəm". Tacir çox yalvarır və ancaq oğru qəbul etmir. Oğrudan xahiş edir ki, ona dörd rükətli namaz qılmaq üçün icazə versin. Dəstəmaz alır və namaz qılır və əlini göyə qaldırıb deyir:

یا ودود یا ودود یا ذا العرش المجید یا مبدئ یا معید یا ذا البطش الشدید یا فعالا بما ترید أسألك بنور وجهك الذى ملاء اركان عرشك و أسألك بقدرتك التى قدرت بها على جمیع خلقك و برحمتك التى وسعت كل شی‏ء لا اله الا انت یا مغیث اغثنى یا مغیث صل على محمد و آل محمد و اغثنى‏

Duası bu yerə çatan zaman bir atlı görünür və əynində yaşıl rəngli bir paltar var idi. Əlində nizəsi var idi və bu nizəni oğrunun sinəsinə sancır. Onu öldürür.

Sonra tacirə deyir: "Mən üçüncü səmadan gəlmiş mələyəm. Sən dua etdin və Cəbrayil (ə) mənə əmr etdi ki, sənin yardımına çatam. Sənin kimi çətinliyə düşən hər bir kəs əgər bu duanı oxuyarsa, Allah çətinliklərini aradan qaldırar. Tacir salamat halda Mədinəyə qayıdır. Bu macəranı Həzrət Peyğəmbərə (s) danışır. Həzrət (s) buyurur: "Allahı böyük adları ilə çağırdığına görə duan qəbul olmuşdur”.

Mehriban və Güclü Allahdan başqa ən yaxşı pənah yeri varmı? O, insanı hamıdan yaxşı tanıyır və onun ehtiyaclarından agahdır.



(Tebyan/ Deyerler.org)
Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Ənfal
Views: 1540 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]