Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur |
Fərəc duası
2012-10-18, 4:30 PM | |
Fərəc duası Bağışlayan və mehriban Allahın adı ilə İlahi, bizim bəla və müsibətlərimiz böyüdü və bizim çarəsizliyimiz çox aydınlaşdı. İşin üstündən pərdə götürüldü və ümidim ümidsizliyə çevrildi. Yer (bütün genişliyinə baxmayaraq) bizə daraldı və səmanın rəhməti bizdən əsirgəndi. Yalnız Sənsən bizim kömək və yavərimiz. Bizim şikayətlərimiz Sənədir. Hər bir çətinlik və asanlıqda yeganə arxalandığımız Sənin lütfündür. İlahi, Muhəmməd və onun Əhli-beytinə – İlahi əmrin (xilafət məqamının) sahiblərinə salavat göndər. Bizə onların itaətini vacib etdin və bununla onların məqamını bizə tanıtdın. Belə isə onlara xatir bizə fərəc və genişlik ver, özü də onu çox tez və yaxın, bir göz qırpımında və ya ondan da tez bir zamanda əta et. Ey Muhəmməd, ey Əli, ey Əli, ey Muhəmməd, mənə kifayət edin. Həqiqətən, siz kifayət edənsiniz. Mənə kömək edin, həqiqətən siz mənim kömək edənimsiniz. Ey mənim mövlam, ey Sahibəz-zaman. Fəryada yetiş, fəryada yetiş, fəryada yetiş! Məni dərk elə, məni dərk elə, məni dərk elə! Elə bu an, elə bu an, elə bu an. Tezliklə, tezliklə, tezliklə. Ey mehribanların mehribanı. Muhəmməd və onun pak Əhli-beytinə xatir. دعای فرج بسم اللّه الرحمن الرحيم اِلهى عَظُمَ الْبَلاَّءُ وَبَرِحَ الْخَف اَّءُ وَانْكَشَفَ الْغِطاَءُ وَانْقَطَعَ الرَّجاَءُ وَضاقَتِ الاْرْضُ وَمُنِعَتِ السَّماَّءُ واَنْتَ الْمُسْتَعانُ وَاِلَيْكَ الْمُشْتَكى وَعَلَيْكَ الْمُعَوَّلُ فِى الشِّدَّةِ وَالرَّخاَّءِ اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ اُولِى الاْمْرِ الَّذينَ فَرَضْتَ عَلَيْنا طاعَتَهُمْ وَعَرَّفْتَنا بِذلِكَ مَنْزِلَتَهُمْ فَفَرِّجْ عَنا بِحَقِّهِمْ فَرَجاً عاجِلا قَريباً كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ يا مُحَمَّدُ يا عَلِىُّ يا عَلِىُّ يا مُحَمَّدُ اِكْفِيانى فَاِنَّكُما كافِيانِ وَانْصُرانى فَاِنَّكُما ناصِرانِ يا مَوْلانا يا صاحِبَ الزَّمانِ الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ اَدْرِكْنى اَدْرِكْنى اَدْرِكْنى السّاعَةَ السّاعَةَ السّاعَةَ الْعَجَلَ الْعَجَلَ الْعَجَلَ يا اَرْحَمَ الرّاحِمينَ بِحَقِّ مُحَمَّدٍ وَآلِهِ الطّاهِرينَ | |
Views: 1427 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |