Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur |
Əbazərin duası
2012-10-18, 5:02 PM | |
Əbazərin duası Əziz İslam Peğəmbərinin (s) sevimli, böyük və sadiq səhabələrindən biri olan Əbazər Qəffarinin ən çox etdiyi dualardan biri aşağıdakı duadır. Cəbrail (ə) Peyğəmbərə (s) xəbər vermişdi ki, Əbazərin bu duasını səmalarda mələklərdə oxuyur. Bu duanı Namazların qunutlarında oxumağın savabı vardır. Dua: "Əllahummə inni əsəlukəl əmnə vəl-imanə bik. Vət-təsdiqə bi nəbiyyik. Vəl-afiyətə min cəmiil-bəla. Və şukrə ələl-afiyə vəl ğina ən şirarin-nas ” Tərcüməsi: "İlahi Səndən asayiş və əmniyyət istəyirəm və bu əmin-amanlıqla Sənə iman bəsləyirəm. İlahi Peyğəmbərini təsdiq etmək böyük şərafətdir bunu mənə nəsib et. İlahi bütün bəlalardan məni qoru. Mənə verdiyin bu nemətlər üçün şükr etmək qüdrəti ver. Və məni pis adamlara möhtac eləmə.” ihq.az | |
Views: 1051 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |