Main » Files » Digər məlumatlar » Sual-cavab |
2013-02-21, 2:25 AM | |
Yer üzündə neçə il qaldınız? Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar: «Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir gün, yaxud bir gündən də az» ("Möminun" 112-113). Həqiqətən, axirət həyatı ilə müqayisədə dünya həyatı olduqca qısadır. Lakin nəfs istəklərinə uyub, dünyanın bər-bəzəyinə baş qatan insan, bu dünyada əbədi yaşayacağını zənn edir. Agah və imanlı insanlar isə, heç zaman belə düşünmür. Həzrət Peyğəmbər (s) buyurur: «Dünyanın şirinliyi axirətin acılığı, dünyanın acılığı axirətin şirinliyidir». Başqa bir hədisdə buyurulur: «Bütün xətaların başlanğıcı dünya sevgisidir». Həzrət Əli (ə) buyurur: «Qəlbini dünya məhəbbəti tutmuş şəxs, Allah sevgisində iddialı ola bilməz». Başqa bir hədisdə belə buyurur: «Ən böyük günah, dünya sevgisidir». 70 illik bir ömrün cəmi 614880 saatdır olduğunu nəzərə alsaq, dünya həyatını əyləcədə keçirməyin nəticəsi aydın olar: qiyamət günündə üzücü təəssüf və gecikmiş yalvarışlar!: «Ey Rəbbimiz, bizi cəhənnəm odundan çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım olarıq» ("Möminun" surəsi, ayə 107). Müəllif: Məhəmməd Azəri | |
Views: 656 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |