Cümə günü, 2024-04-26, 2:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Yeddiyüz fərsəx yol gəlib Həzrət Əlidən (ə) 7 sual soruşan kişinin suallarının nədən ibarət olduğunu bilirdinizmi?
2013-03-10, 6:08 AM
Yeddiyüz fərsəx yol gəlib Həzrət Əlidən (ə)
7 sual soruşan kişinin suallarının nədən ibarət
olduğunu bilirdinizmi?



Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: " Mən yeddiyüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu:


1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq”


2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.”

3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu:

" Hərislik oddanda daha istidir.”

4. Buzdanda daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdanda daha soyuqdur.”

5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha ğənidir.

6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.”

7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]