Cümə günü, 2024-04-26, 3:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Var-dövlətin, inanclı şəxs üçün faydası varmı?!
2013-02-12, 6:51 AM
Var-dövlətin, inanclı şəxs üçün faydası varmı?!
Bütün dünya nemətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət nemətlərini nəzərdə tutduğundan, dünya nemətlərini Allah ruzisi adlandıra bilmərik. «Ənfal» surəsinin 67-ci ayəsində buyurulur:«Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir». Tövbə surəsinin 55-ci ayəsində oxuyuruq: «Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər». Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!
Bəzi ayə Rəvayətlər insanı dünya bər-bəzəyinə göz dikməməyə çağırsa da, bir başqa dəlillərə nəzər saldqıda onun əsil mahiyyəti mənalar üzə çıxır.Yəni dünya malı öz-özlüyündə axirətdə bədbəxtliyə səbəb deyil. Məhz bu mənada ondan kimin istifadə etməsi daha önəmlidir.
Var-dövlət faydalı ola bilərmi?!
Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrəti Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir.
Allah-təala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: «Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik». Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…» Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «...Sən demə, kafirlər nicat tapmayacaqlarmış».
Allah-təala bu hədisləri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
sibtayn.com
Category: Sual-cavab | Added by: Ənfal
Views: 648 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]