Main » Files » Digər məlumatlar » Sual-cavab |
Üzeyir kimdir?
2013-03-10, 8:21 PM | |
Cavab: Qurani-kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər»["Tovbe" suresi, aye30]. Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir. Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı hörmət mənasında verdiklərini iddia etsələr də, əslində, Allaha şərik qoşmuşdular. İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular[Nurus-seqeleyin, 2-ci cild, seh 205]. İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə yəhudilər arasında belə bir əqidə nəzərə çarpmasa da, Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, tarixi gerçəklikdir. Müəllif: Məhəmməd Azəri | |
Views: 743 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |