Bazar günü, 2024-12-22, 11:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Süd necə yaranır?
2013-03-09, 6:29 AM
Süd necə yaranır?


Cavab: İnsanın ixtiyarına verilmiş dəyərli ilahi nemətlərdən biri də süddür. Qurani-kərimdə buyurulur:«Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içiririk»
("Nəhl" surəsi, ayə 66)
Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü məlumdur. Süd qida maddələrinin qan vasitəsi ilə sorulmasından yaranır.
Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Suyu və qidanı tam əvəz edə biləcək yeganə şey, süddür».
Category: Sual-cavab | Added by: Ənfal
Views: 667 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]