Cümə günü, 2024-04-26, 5:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Sual: Hansı ətlər haram hesab edilir?
2013-02-11, 6:59 AM
Sual: Hansı ətlər haram hesab edilir?

Bismillahir-rəhmanir-rəhim



Sual: Hansı ətlər haram hesab edilir?

Cavab: Bu barədə Allah Taala Qurani Kərimin "Maidə” surəsinin 3-cü ayəsində buyurur:

"Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə

(bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən)

yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən

parçalanıb yeyilmiş -canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır- dikinə qoyulmuş daşlar

(bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal

oxları ilə pay bölmək sizə haram edildi.”



Sual: Əti halal olan heyvan hansı halda haram sayılır?

Cavab: Quruda gəzən heyvanlardan donuz (və ya qaban) istisna omaqla bütün dırnaqlı (qoyun

kimi) heyvanlar əti halal olan heyvalar qisminə daxildir. Ancaq onların özlərinidə şəriət qaydası ilə kəsildikdə və ya ovlandıqda

ətlərinin yeyilməsi halal olur. (QEYD: Əti halal olan ev heyvanları ovlamaqla deyil, yalnız şəriət kəsimi ilə kəsildiyi halda əti

halal olur. Deməli əgər ev heyvanı hətta şəriət qaydası ilə ovlanarsa onun əti haram sayılır.)
Şir, fil, canavar və sairə bu kimi vəhşi və əti haram olan heyvanlar hətta şəriətə uyğun şəkildə kəsilib və ya ovlanarsa
onların ətləri mütləq şəkildə haramdır. Ancaq onların dəri və tüklərindən istifadə etməyin maneəsi yoxdur.
İt və Donuz isə mütləq şəkildə həm haram və həm napakdır (nəcisdir) və onlardan heç cür istifadə etmək olmaz.



Bundan əlavə pullu balıqlarda əti halal olan heyvanlar qisminə daxildir. Ancaq onun ovlanma qaydası belədir ki, balıq ovlanıb

və sudan kənarda öldükdə halal sayılır. Əks halda, yəni suda ölmüş olarsa onunda əti haram hesab edilir. Birdə deməliyəm

ki, balığı ovlayanda Allahın adını çəkməyə lüzum yoxdur.

Quşlarda isə süzmə müddəti qanad çalma müddətindən çox olarsa, həmçinin caynaqlı quşlar sırasına daxil olan quşların

ətləri haram sayılır.



Sual: İndi bir çox şirkətlər «halal» adı altında müxtəlif növ konservlər, kolbasalar, sosikalar, toyuqlar, içalatlar satırlar.

Bunları yemək nə dərəcədədüzgündür. Mağazadan ərzaq malları alarkən daha çox nələrə fikir verməklazımdır?

Cavab: Bu haqda bunu deməliyəm ki, Azərbaycanda bazar və mağazalarda, xüsusilə quş əti və kolbasa məhsullarının tam

olaraq şəriət qaydalarına uyğun şəkildə kəsilməsi və hazırlanmasında ciddi şübhələrin mövcud olması, bu məhsullardan

çəkinməyi zəruri edir. Hər hansı bir ət məhsulunun üzərində "HALAL” kəlməsinin yazılması, onun halallığına səbəb ola bilməz.





Sual: Müsəlman ölkəsində xüsusi qurğular vasitəsiylə kəsilən toyuqlar halaldımı? Deyirlənlərə görə, maşının üstündə bir nəfər

müsəlman şəxs dursakifayətdir. Bu nə dərəcədə həqiqətə uyğundur? Və əgər halaldısa hansı şərtlərdaxilində (maşın

üzüqibləyəmi durmalıdır? Və s.)

Cavab: Qurğu vasitəsi ilə kəsilən quşlar əgər şəritdə qeyd edilmiş qaydalara uyğun kəsilərsə, ətləri halal hesab edilir. Hər

hansı bir müsəlmanın təkcə dəzgahın kənarında durması ətin halallığına səbəb ola bilməz. Bəli şəritdə ətin müsəlman

tərəfindən kəsilib və ya ovlanması əsas şərtlərdəndir. Amma bu şərt kifayət etmir və əti halal olan heyvanın üzü qibləyə, iti

vasitə ilə və Allahın adının çəkilməsi ilə kəsilməsi də əsas şərtlərindəndir.

Maşin vasitəsi ilə kəsilərkən, dəzgah elə quraşdırılmalıdır ki, quşun sinə və boğaz hissəsi qibləyə tərəf qərar tutsun.

Və hər bir heyvan üçün ayrıca şəkildə "Bismillah” deyilməlidir. Əgər dəzgah vasitəsilə (qeyd olunan şəkildə qurulduğu

təqdirdə), bir neçə toyuqu birdən kəsilməsi baş tutarsa, yəni dəzgahın bıçağı onların boynunu eyni zamanda, bir dəfəyə

kəsərsə o zaman təkcə bir dəfə Allahın adının çəkilməsi kifayət edər. Əks halda, bıçaqın kəsimində bir heyvanla digər bir

heyvan arasında cüzi belə fasilə olarsa, onların hər birinə ayrıca Bismillah demək zəruridir., yoxsa ikinci toyuqun əti haram

olur.

Kimlərinsə, səhər çağı dəzgahı işə salarkən bismillah deyilməsinin kifayət etməsi barədə fikri yalnışdır və bu kəsilən heyvana

aid edilmir. Daha doğrusu bismillah dəzgaha yox, heyvana deyilməlidir.



Sual: Balıqların halal, yaxud haram olmasının kürüyə də dəxli varmı?

Cavab: Bəli. Əti halal olan balıqların kürüləri halal, əti haram olanlarınsa kürüləri haramdır.



Sual: Əgər toyuq yumurtasında qan varsa, onu yemək olarmı?

Cavab: Yumurtadakı qanın yeyilməsi haramdır, ancaq bu qanın özü pak hesab edilir.

Sual: Bir şəxsin haram şey yediyini görsək ona bir söz deməliyikmi?

Bu məsələyə iki cəhətdən yanaşmaq olar; Biri yediyinin haram olduğunu bilir, digəri isə bilmir. Yediyinin haram olduğunu

bilirsə, onunla əm be məruf cəhətdən yanaşmalıyıq və onun şərtləri çərçivəsində onu bu işdən çəkindirmək lazımdır. Əgər

birinin haram şey yediyindən xəbərdar olmamasını bilsək burada məsələlər fərqlənir. Məsələn əgər qonaqlıqda kimsə

digərinin yeməyinin nəcis olmasını bilərsə, yeməyin nəcis olduğundan haram olmasını ona deməyin zərurəti yoxdur və

deməməyi daha məqsədə uyğundur. Öz yeməyində olarsa ondan çəkinməlidir. Amma əgər yeməyin haram olmasından

ev sahibi özü xəbərdar olarsa onun deməyi və haram yeməyi yemək istəyəni bu işdən çəkindirməyi zəruridir. Ancaq kimsə

qonaqlıqdan savayı yerdə kiminsə haram yediyini, onun özünün isə bundan xəbəri olmamasını görərsə, onu bu işdən

çəkindirməyi zəruridir.

Sual: (Plov və sair yeməklər üçün) qaynadılmış, buxar dəymiş xurma, kişmiş halaldırmı?

Cavab: Xurma, tumlu və tumsuz kişmiş, hətta onların suyu qaynasa de belə, pak və yeyilməsi halaldır.



İslammaarifində Elmi tədqiqat mərkəzi



Məlumatdan istifadə etdikdə web səhifəyə istinad etmək vacibdir
Category: Sual-cavab | Added by: Ənfal
Views: 781 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]