Cümə günü, 2024-11-22, 8:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Sual-cavab
2013-01-28, 6:59 AM
İmanın hansı mərhələləri vardır?
Cavab: İstər elm, istərsə də həqiqətə təzim ruhu mənasında imanın dərəcələri vardır. «Fəth» surəsinin 4-cü ayəsində buyurulur: «Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə öz dərgahından xətircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur». İmam Sadiq (ə) buyurur: «İmanın on dərəcəsi vardır. Nərdivan kimi pillə-pillə ucalır»(«Biharul-ənvar», 69-cu cild, səh.165.).
Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı onun qüvvəsi həddində sorğuya çəkir. Demək, iman dərəcəsi aşağı olan insanların sorğusu daha yüngül keçəcəkdir. Həzrət Peyğəmbər (s) və onun Əhli-beytindən nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları qınamamaq tövsiyə olunur. Amma deyilənlərdən belə nəticə çıxarmaq yanlış olar ki, tamam imansız ‒ kafir insanlara sorğu yoxdur. İman bütün bəşəriyyətin fitrətinə məxsus olan bir sifətdir. Sorğudan gəzəştlər isə, birbaş insanların istedadı ilə bağlıdır. Atəşin İbrahimə gülzara döndüyünü görən Nəmrud, Allahın qüdrəti qarşısında qurban kəsir. Amma yenə də dünyəvi məqamını itirmək qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 700 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]