Main » Files » Digər məlumatlar » Sual-cavab |
Sual-cavab
2013-01-28, 6:56 AM | |
Aşura günü oruc tutmaq olarmı? Deyirlər ki, Aşura günündə oruc tutmaq yəhudilərdən qalıb. Belə ki hz. Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra oradakı yəhudilərin Bəni-İsrailin Fironun zülmündən qurtuş günü münasibətilə oruc tutduğunu görüb müsəlmanlara da bunu əmr edib. Amma sonradan ramazan ayında oruc tutmaq hökmü gəldiyindən tasua və aşura günləri oruc vacib yox, mustəhəb hesab edilib. Bütün bunlar doğtudurmu? Bildiyiniz kimi, Şiə məzhəbi ilə Əhli-sünnə fiqhində mənbələr fəqrlidir. Ən ümdə fərqlərdən biri də şiələrin Əhli-beytin (s) sözünü şəri dəlil qəbul etməsi, sünnilərin isə bunu qəbul etməməsidir. Aşura günü oruc tutmağın hökmü də eyni prinsipə əsasən fərqlidir. Əhli-sünnə kitablarında Aşura gününün orucu ilə əlaqədar axtarış apararkən bəzi ziddiyyətlər qarşıya çıxır. Məsələn, bəzi rəvayətlərdə həmin gün oruc tutmağa təkid edilsə də digər rəvayətlərdə bunun əksi iddia edilir. Misal olaraq, Səhihi-Müslimdə "Əs-Sovm” kitabında "Aşura gününün orucu” barədə İbn Məsuddan belə nəql edilib: "Ramazan ayının orucunun hökmü gəlməzdən öncə Aşura günü oruc tutulurdu. Lakin bu hökm nazil olandan sonra Aşura orucu tərk edildi”. Digər rəvayətlərdə isə qeyd eidilir ki, cahiliyyət dövründə əhali Aşura günü oruc tutduğundan Peyğəmbər (s) də oruc tuturmuş. (Səhihi-Buxari, əs-Sovm kitabı, hədis: 1794) Başqa rəvayətlərdə isə belə bildirilir ki, Peyğəmbər (s) Aşura orucunun fəzilətini bilmirdi, lakin Mədinəyə hicrət etdikdən sonra onun fəzilətini yəhudilərdən öyrəndi. (Səhihi-Buxari, əs-Sovm kitabı, hədis: 1900, 3726, 3727) Peyğəmbərin (s) bir məsələni sonradan yəhudilərdən öyrənməsi doğru ola bilərmi? Həm də yəhudilər arasında belə bir oruc yoxdur və onlar Aşura adlı bir gün tanımırlar. Böyük ehtimala əsasən, Aşura gününün orucu əməvilər tərəfindən ortaya çıxarılıb. Onlar Aşura günü İmam Hüseyn (ə) və Əhli-beytini (ə) qətlə yetiridkdən sonra sevinc əlaməti olaraq oruc tutmagi mustəhəb hesab ediblər. haqyolu | |
Views: 708 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |