Şənbə günü, 2024-04-27, 1:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Sual-cavab
2013-01-22, 3:01 PM
NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN CƏNAZƏSİNƏ NAMAZ QILMADI?

Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır. Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: "İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40 nəfər gəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduüunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.” Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 631 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]