Bazar günü, 2023-02-05, 5:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Sual-cavab
2012-12-01, 10:36 PM
Niyə İmam Səccad (ə) Kərbəlada şəhid olmadı?


İmam Hüseynin (ə) oğlu imam Səccadın (ə) Kərbəlada şəhid olmaması, heç də o Həzrətin batilə qarşı mübarizə etməməsi anlamında deyil. Əvvəla onu qeyd etməliyik ki, İmam Səccad (ə) öz növbəsində Kərbəlada vuruşmuş və Yezid ordusuna qarşı mübarizə aparmışdır. Hədislərdə göstərilmişdir ki, İmam Səccad (ə) Kərbəlada vuruşub çoxsaylı yaralar almış, yorulub əldən düşdükdə çadırlara qayıtmışdır. Yenidən mübarizə meydanına dönmək istədikdə isə Allahın hikmətinə əsasən xəstəliyə tutulmuşdur.



Əlbəttə, bu xəstəlik müvəqqəti olmuş və Kərbəla hadisəsindən az sonra o Həzrət (ə) yenə də şəfa tapıb sağalmışdır. Kərbəlada qısa müddət ərzində xəstələnməsinin səbəbi o idi ki, Allah Təala böyük hikmətilə imamət çırağı sönməsin deyə, İmam Səccadı (ə) xəstəliyə məruz qoyaraq cihad hökmünü onun boynundan götürmüş və imamət nurunu Kərbəla hadisəsindən sonra da qoruyub saxlamışdır. Əgər o Həzrət (ə) xəstələnməsəydi, zəmanə İmamını müdafiə etmək uğrunda cihada qoşulmalıydı, necə ki, xəstələnməzdən öncə cihada qoşulmuş və yaralanmışdı. Belə olan təqdirdə isə təbii ki, o da digər Kərbəla şəhidləri kimi şəhadətə qovuşacaq və bununla da imamət məqamı öz yolunu davam etdirə bilməyəcəkdi. İmam Səccadı (ə) Allah Təala məhz buna görə qoruyub saxlamışdır. ("Məhərrəmlik haqda sual-cavab”)



Zəhranur Qüdsi

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi


Category: Sual-cavab | Added by: Ənfal
Views: 930 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 GADİR   (2012-12-03 7:27 PM) [Daxil et]
Əleyküm salam.
düz Buyurdiniz, mən mənasini söylədim ifa olunan tərzdə,o ayəni mən oxumuşam, lakin siz buyurdigniz kimi biraz başqa cur söylənilir "zalim" sözüilə "BİZ ZALİMLARİ....
Allah razi olsun Sizdən.
Filimə isə baxin mənali və çox gözəl çəkilib 45 hissədən ibarət.
Salamun aleykum və rəhmətullahi və bərəkətuh.

0  
2 Ənfal   (2012-12-03 1:14 PM) [Daxil et]
GADİR Aleykum salam. "BİZ ƏSLA ZALİMLARDAH GİSAS ALARİQ" cümləsi düzgün deyilməyib. Nəsə başqa bir şey olmalıdır.Mən özüm hələ o filmə vaxt tapa bilmirəm baxım. Bəlkədə baxsaydım anlayardım sizi.

0  
1 GADİR   (2012-12-03 8:29 AM) [Daxil et]
Salam Aleykum və rəhmətullahi və bərəkətuh.
Allah razi olsun.
"Muxtar namə" filmindən,Muxtar İmam evladinin yanina gəlib öz üsyaninda haqli olub olmadiğindan sual edmək, həmin dialoqda - bir ayədən söhbət düşür kərbəla hadisələrinə aid "BİZ ƏSLA ZALİMLARDAH GİSAS ALARİQ"ayə hansi surəyə aiddir və neşəncidir?
Xahiş edərdim Sizə zəhmət olmazsa.
ALLAH RAZİ OLSUN
SALAMUN ALEYKUM VƏ RƏHMƏTULLAH.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]