Main » Files » Digər məlumatlar » Sual-cavab |
Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
2013-02-11, 6:53 AM | |
Cavab: «Fatir» surəsinin 22-ci ayəsində buyurulur: «Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən». Bədr döyüşündə öldürülmüş kafirlərə müraciətlə danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət (s) «onların ki, ruhu yoxdur» deyən Ömərə belə cavab verdi: «Mənim dediklərimi siz onlardan yaxşı eşitmirsiniz. Sadəcə, onların cavab vermək qüdrəti yoxdur»(«Ruhul-bəyan». ). Bütün müsəlmanlar namazın sonunda peyğəmbərə salam göndərirlər. Dünyasını dəyişmiş insanın cəsədinə «la ilahə illəllah» təlqin edilir. Bütün bunlar mötəbər hədislərə əsasən icra olunur. Əgər dünyasını dəyişmiş insan bizi eşitmirsə, hansı əsasla ona salam göndərməli və ya təlqin etməliyik?! «Nəhcül-bəlağə»də ölülərin ruhu ilə əlaqəyə işarə olunur və həzrət Əlinin (ə) möminlərin ruhu ilə danışdığı bildirilir. Ölmüş insanın dünya həyatı ilə əlaqəsi kəsilsə də, Allahın iradəsi ilə belə bir əlaqə mümkündür. Müəllif: Məhəmməd Azəri | |
Views: 659 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |