Cümə axşamı, 2024-04-25, 3:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

"Möminin möminlə münasibəti necə olmalıdır?”
2013-02-12, 6:57 AM
Sual: "Möminin möminlə münasibəti necə olmalıdır?”
Cavab: Həzrət Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurmuşdur: "Mömin möminin aynasıdır”. Bu olduqca gözəl bənzətmə bir çox nöqtələri əhatə edir ki, onların bəzilərini qeyd edirik:

1. Ayna kimi olaq. Başqalarının həm gözəlliyini görək və həm də zəif cəhətlərini. Sadəcə yaranın üzərində oturan milçək kimi olmayaq.

2. Ayna kimi olaq, mikroskop kimi deyil. İnsanların eybini olduğundan böyük görməyək.

3. Ayna kimi olaq, daraq kimi deyil. Ayna eybləri üzbəüz söyləyər, ancaq daraq başın arxasına gedər və tüklərin arasında danışar.

İstərəm dostum eybimi aynatək üzbəüz söyləsin

Nəinki başın arxasına keçib daraqtək tükbətük söyləsin

4. Ayna insanların məqam və mərtəbəsindən çəkinməz və hədəyə də düçar olmaz.

5. Ayna onu toz basmayanadək işə yararlı olduğu kimi, insan da özü eyibli olmayanadək tənqid edə bilər.

6. Aynanı bizim eyblərimizi göstərdiyi üçün sındırmaq xətadır. Tənqid edən insanları da incitmək doğru olmaz.

7. Əgər aynanı sındırsanız belə, onun hissələri xətalarımızı və eyblərimizi göstərər. Mömini incitsələr belə, öz işindən əl çəkməyəcəkdir.

8. Ayna saf olduğu üçün bizim eyblərimizi söyləyər, mömin də gərək sədaqətli olaraq qardaşının eybini söyləsin. Kin və intiqam almaqla yox.

9. Ayna bizim eyblərimizi özündə saxlamaz. Biz kənara çəkilən zaman eyblərimiz də bizimlə gedər. Mömin də gərək üzbəüz eybləri söyləsin, kənara çəkiləndən sonra qəlbindən silsin.

10. O kəs öz eybini başa düşər ki, onu başa düşmək istəyər, çünki aynaya səthi baxmaqla eybləri görmək olmaz.

Ustad Möhsün Qəraətinin "Mühüm suallara qısa cavablar" kitabından

zeka.az
Category: Sual-cavab | Added by: Ənfal
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]