Cümə axşamı, 2019-08-22, 9:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
2013-02-17, 6:49 AM
Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
Cavab: Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır» ("Nas" 5.) Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər» ("Həcc" 52).
Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur.
İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu).
Category: Sual-cavab | Added by: Ənfal
Views: 394 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]