Şənbə günü, 2024-04-27, 7:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?
2013-02-11, 6:42 AM
Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?
Cavab: İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.
Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər:
1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;
2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;
3. Əxlaq qaydalarına əməl olunmalıdır;
4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə mübarizə aparılmalıdır.
«Nurus-səqəleyn»də oxuyuruq: «Allah-təala öz peyğəmbərinə buyurur ki, yaxşılıqla pislik eyni deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə pislik edənlərə yaxşılıqla cavab ver. Bu halda düşmən səmimi dosta çevrilər»(c.4, səh.549)

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 681 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]