Cümə günü, 2024-03-29, 12:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Niyə İmam Səccad (ə) Kərbəlada şəhid olmadı?
2013-01-02, 3:52 PM
Niyə İmam Səccad (ə) Kərbəlada şəhid olmadı?


İmam Hüseynin (ə) oğlu imam Səccadın (ə) Kərbəlada şəhid olmaması, heç də o Həzrətin batilə qarşı mübarizə etməməsi anlamında deyil. Əvvəla onu qeyd etməliyik ki, İmam Səccad (ə) öz növbəsində Kərbəlada vuruşmuş və Yezid ordusuna qarşı mübarizə aparmışdır. Hədislərdə göstərilmişdir ki, İmam Səccad (ə) Kərbəlada vuruşub çoxsaylı yaralar almış, yorulub əldən düşdükdə çadırlara qayıtmışdır. Yenidən mübarizə meydanına dönmək istədikdə isə Allahın hikmətinə əsasən xəstəliyə tutulmuşdur.



Əlbəttə, bu xəstəlik müvəqqəti olmuş və Kərbəla hadisəsindən az sonra o Həzrət (ə) yenə də şəfa tapıb sağalmışdır. Kərbəlada qısa müddət ərzində xəstələnməsinin səbəbi o idi ki, Allah Təala böyük hikmətilə imamət çırağı sönməsin deyə, İmam Səccadı (ə) xəstəliyə məruz qoyaraq cihad hökmünü onun boynundan götürmüş və imamət nurunu Kərbəla hadisəsindən sonra da qoruyub saxlamışdır. Əgər o Həzrət (ə) xəstələnməsəydi, zəmanə İmamını müdafiə etmək uğrunda cihada qoşulmalıydı, necə ki, xəstələnməzdən öncə cihada qoşulmuş və yaralanmışdı. Belə olan təqdirdə isə təbii ki, o da digər Kərbəla şəhidləri kimi şəhadətə qovuşacaq və bununla da imamət məqamı öz yolunu davam etdirə bilməyəcəkdi. İmam Səccadı (ə) Allah Təala məhz buna görə qoruyub saxlamışdır. ("Məhərrəmlik haqda sual-cavab”)



Zəhranur Qüdsi

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

Category: Sual-cavab | Added by: Ənfal
Views: 763 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]