Cümə günü, 2024-04-26, 4:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

İslamda şerə və şairə münasibət necədir?
2013-02-13, 7:27 AM
İslamda şerə və şairə münasibət necədir?
Cavab: İslamın «insan azadlıqlarını məhdudlaşdıran» bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar, Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə buyurulur: «Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar». İlk baxışdan belə görünə bilər ki, İslam dini şer və şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində qeyd olunur: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!».
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək, mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq. Götürək rəssamlığı. Əgər rəssam öz istedadını zülm və əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ edən şer nəinki pis deyil, olduqca təqdirəlayiqdir. Həzrət Məhəmməd (s) buyurur: «Şerin bəzisi hikmət, bəzisi isə sehrdir» ("Əl-ğədir"c.2, səh. 9).
Müasir dünyamızda eyş-işrətin təbliği o qədər güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən şerlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək!

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 556 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]