Cümə günü, 2024-03-29, 10:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

İnsanlar nə üçün vədələrini pozurlar?
2013-02-11, 6:56 AM
İnsanlar nə üçün vədələrini pozurlar?
Hansı səbəbə görə insanlar verdikləri sözlərə əməl etmir və bağladığı əhd-peymanı sındırırlar? Quranda bu sualın cavabı açıq aşkar bəyan olmuşdur. Bəzən insanlar canlarının qorxusundan verdiyi sözləri geri götürürlər. Bəziləri isə maddi mənafelərinə görə bağladığı əhd-peymanı sındırırlar. Məsələn müəyyən bir qiymətə kiməsə bir mal satmasını vədə verir. Lakin iki gündən sonra həmin malın qiymətinin artdığını gördükdə daha həmin şəxsə satmaqdan boyun qaçıraraq baha qiymətə aparıb başqasına satır. Buna görə də Allah-təala belə insanlara xitab edərək buyurur:



إِنَّمَا عِندَ اللّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ... مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ اللّهِ بَاقٍ



Həqiqətən, Allah yanında olan sizin üçün daha yaxşıdır (mənfəətlidir)... Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Nəhl-96



شَتّانَ مَا بَيْنَ عَمَلَين: عَمَلٌ تَذْهَب لَذَّتُهُ وَ تَبْقَى تَبِعَتُهُ وَ عَمَلٌ تَذهَب مَؤُنَتُهُ وَ يَبْقَى اَجرُه



İmam Əli(ə) buyurur: İki əməl - ləzzəti keçib gedən və ziyanı (cəzası) qalan əməl (itaətsizlik) ilə zəhməti ötüb gedən və savab və mükafatı qalan əməl (itaət və bəndəlik) arasında nə qədər də uzaq fasilə var!

Bəzən insan bir əməlin neçə saatlıq ləzzətinə görə sonradan həm əziyyətini çəkir həm də axirətini əldən verir. Məsələn orucluq vaxtı bəzi insanlar oruc tutmur. Lakin saatlar ötüb keçdikdən sonra həm oruc tutanlar üçün həm də tutmayanlar üçün axşam olur. Oruc tutanlar iftar vaxtı yemək yeyirlər. Oruc tutanların zəhməti artıq sona yetdi və əbədi ləzzət onlara qaldı. Oruc tutmayanlar üçün isə ləzzət sona yetldi və cəza onlara əbədi qaldı. Orucluq ayı qutardıqdan sonra da belədir. Hər kəs bu ayda zəhmət çəkib oruc tutursa ayın sonuna qədər zəhmət çəkib əbədi ləzzətə nail olurlar. Oruc tutmayanlar isə bu aydə istədiklərini edib əbədi ləzzətdən məhrum olurlar. Gecə və gündüzlər namaz qılmaq, Həcc zyarətində olan çətinliklər də belədir. Bütün ibadətlərin hamısı belədir. Ibadət edənlər çətinlikdən sonra əbədi ləzzətə nail olurlar. Ibadət etməyənlərin isə ləzzətləri qurtardıqdan sonra əbədi əziyyətə düşürlər. O insanlar ki, şəhvətlərinin qarşısını alıb səbr edirlər və böyük pulların qarşısında səbr edib şeytana aldanmırlar bir zaman ötdükdən sonra hər şey qurtarır. Yəni bu dünyaya aldananlar və aldnmayanlar üçün bir zaman hər şey sona çatacaq. Dünyaya aldananlar ziyan çəkəcək, aldanmayanlar isə səadətə qovuşacaq.

Allah-təala Yunis surəsinin 58-ci ayəsində buyurur:



قُلْ بِفَضْلِ اللّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُواْ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ



(Ya Peyğəmbər) De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə (Quranın neəmətlərinə) sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».

Insan başa düşməlidir ki, axirət üçün yığılan azuqə bu dünyanın bütün naz-nemətlərindən daxa yaxşıdır. Çünki insan bu dünyada hər nə yığsa da elə bu dünyada qalacaq. Lakin xeyr əməllərin və ibadətlərin nəticəsində yığılan xeyr və bərəkət insanın özünə qaytarılacaq. Dünyada özləri üçün mülk, mal dövlət yığanların şahidi oluruq. Bütün bunların hamısından daha xeyirli Allahın fəzl və mərhəmətidir. Buna görədə insan Allahın mərhəmətini qazanmaq üçün səy göstərməlidir. Bəzi insanlar bunun həqiqətini başa düşüb əməl etdilər və səadətə qovuşdular. Belə ki, Allah-təala onlara Öz rəhmətini və mərhəmətini inayət etdi.

Fironun həyat yoldaşının adı Asiya xanım idi. Onun atasının adı Müzahim idi. Asiya, Musa Peyğəmbərin nübüvvəti onun qəlbində təsir qoydu və Allahın vəhdaniyyətinə iman gətirdi. Firon ona dəfələrlə nəsihət edi ki, bu işdən əl çəksin. Lakin Asiya Fironun sözlərinə əhəmiyyət vermədi. Firon Asiyanın anasını çağırtdırıb qızını başa salmağı tapşırıb dedi: Sənin qızın Musaya(ə) iman gətirib və evimin içərisində mənim əleyhimə çıxıb. Bütün bunlara baxmayaraq Asiya öz imanından dönmədi. Firon ona çoxlu hədə qorxu gəlməsinə baxmsayaraq Asiyanı yolundan dondərə bilmədi. Nəhayət Firon göstəriş verdi ki onu çarmıxa çəksinlər. Asiyanı çarmıxa çəkib əllərini və ayaqlarını mismarladılar. Bəzi tarixlərdə yazırlar ki, hətta gözlərinə də mismar vurmuşdular. Bütün bunlara baxmayaraq gördülər ki, Asiya gülümsəyir. Bəziləri onun dəli olduğunu güman edirdilər. Asiya orada bir cümlə söz deyəndən sonra Allaha qovuşdu. Allah-təala onun bu cümləsini Quranın ayələrinin arasına salıb bütün bəşəriyyətə Asiyanı nümunəvi bir qadın kimi tanıtdırır. Asiya elə bir cümlə söz deyib ki, Allah-təala onun bu cümləsinə çox böyük qiymət verərək Quranın ayələri sırasına qoymuşdur. Hər kəs onun bu sözlərinə dəstəmazsız əl vurarsa günah iş görmüşdür. Çünki o kəlmələr Quranın ayələrindən biridir. Təhrim surəsinin 11-ci ayəsində belə buyurur:



وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ



Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik!

Asiya xanım Allahdan təkcə cənnətin özünü deyil orada Allahın Öz rəhməti yanında olan bir ev istədi.

Odur ki, insan başa dьşməlidir ki, Allahın rəhməti, mərhəməti bu dьnyada yığdıqlarının hamısından daha ьstьn və daha xeyirlidir. Digər ayədə belə buyurur:



وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ



Əgər Allah yolunda цldьrьlsəniz, yaxud цlsəniz, şьbhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dьnya sərvətindən) daha yaxşıdır. Ali-Imran 157

Insan bu dünyaya mal-dövlət yığmaq üçün deyil Allahını tanıyıb Ona ibadət etmək üçün gəlmişdir. Tarix boyu şahidi olmuşuq ki, mal-dövlət toplayanların aqibəti necə olmuşdur. Insan bu dünyanın malını hər nəqədər yığsada belə dünyadan əliboş gedəcək. Insanın özü ilə o dünyaya apardığı şey yalnız onun öz əməlləridir. Əzrayıl(ə) mal-dövlət toplayan şəxslərin canını aldıqda onlar həsrətlə yığdıqlarına baxıb gedəcəklər. Bir ömür çalışıb cavanlığını və ömrünü verməklə yığdığı dünya malını elə burada qoyub getdiyi üçün həsrət çəkəcək.

Imam Əli (ə):«Qiyamət günü ən dərin təəssüf rəva bilinməyən (haram) yolla mal toplayıb başqasına miras qoyub gedən və varisin də həmin malı sübhan olan Allahın yolunda məsrəf etdiyinə görə Cənnətə daxil olan, özü isə Cəhənnəmə düşən kişinin təəssüfüdür.»

Amma elə insanlar var ki, həqiqətən Allah yanında olanların əbədi olduğunu başa düşüb Allahdan mərhəmət və rəhmət istəmək üçün səy göstərmişlər.

Bureyr Imam Hüseynin(ə) şərafətli səhabələrindən biri idi. O, Kərbəlada Imam Hüeynin(ə) məhzərində şəhid oldu. Əbdür-Rəhman Ənsari deyir: Aşura gecəsi gördüm ki, Bureyr səhabələrlə zarafat edib gülür. Öz özümə təəccüb etdim ki, axı Bureyr zarafatcıl insan deyil. Necə ola bilər ki, Bu gecə onu belə bir halda görürəm? Yaxınlaşıb dedim: Bureyr, mən səni indiyə qədər zarafat edib gülən görməmişdim. Bu gecə şən olmağının səbəbi nədir belə? Bureyr dedi: And olsun Allaha ki, mən heç cavanlığımda belə zarafat etməzdim. Bunu mənim qohum-əqrəbam yaxşı bilir. Amma bu gecə zarafat gecəsidir. Çünki bizimlə Cənnətin nemətləri və hurilərin arasında bircə ölüm pərdəsidir. Bir neçə saatdan sonra Cənnətdə həmin nemətlərə qovuşacağıq. Bureyr gördü ki, Həbib ibn Məzahir də gülə gülə onlara sarı gəlir. Soruşdu: Həbib, sən nə üçün gülürsən? Həbib dedi: Bizimlə Cənnətin nemətləri arasında yalnız bircə o bədbaxt düşmənlərin hücumu qalıb. Onlar nə vaxt hücum etsələr biz Cənnətdə həmin nemətlərin içərisində olacağıq.

Onlar bu ayənin mənasını tamailə dərk edib başa düşən insanlar idi.



قُلْ بِفَضْلِ اللّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُواْ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ



(Ya Peyğəmbər) De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə (Quranın neəmətlərinə) sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».

Çox təəssüflər olsun ki, hamı bunu dərk edə bilmir. Elə güman edirlər ki, hər nə varsa bu dünyadadır və bacardıqları qədər də mal-dövlət toplasalar səadətə nail olacaqlar.

Həccac ibn Yusif tarixdə ən cinayətkar və qantökən insanlardan biri idi. Hamı onun necə qəddar və zalım olduğunu bilirdi. Günlərin birində səfərə çıxmışdı. Bir yerdə çadırları qurub nahar etmək üçün istirahət etdilər. Hava dəhşətli dərəcədə isti idi. Qulluqçular qazanları qoyub yemək hazırlamağa başladılar. Həccac ətrafa baxıb gördü ki, havanın dəhşətli istisindən bir nəfər çoban qoyunları bir yerə yığıb hərdən sərinlənmək üçün başını qoyunların qarınının altında kölgəsində saxlayır. Həccac kimi qan tökən bir insan onun bu halına ürəyi yandı və onu yanına çağırtdırdı. Çoban gəlib Həccacın qarşısında dayandı. Həccac dedi: Istəyirəm bizimlə nahar edəsən. Çoban dedi: Mən yemək istəmirəm. Həccac dedi: Yəqin ki, buradan başqa özünə yağlı bir yer tapmısan? Çoban dedi: Bəli. Həccac dedi: Buradan yağlı yer tapmağın mümkün deyil. Çoban dedi: Mən bu gün oruc tutmuşam və iftara Allaha qonağam. Allahın qonağlığı buradan daha yağlıdır. O bilirdiki, Allahın yanında olan nemətlər həmişəlik və əbədidir. Həccac dedi: Gəl bu gün mənim qonağım ol, sabah yenə də oruc tutub Allahın qonağı olarsan. Çoban dedi: Xeyr, razı olmaram. Həccac dedi: Nə üçün? Çoban dedi: Sən sabah mənim sağ qalacağıma yazılı bir kağız verə bilərmsənmi? Bəlkə sabaha mən sağ çıxmadım, onda necə olacaq?

Həmin bu insan ürəkdən bilirdi ki, Allahın yanında olan nemətlər əbədidir. Ona görə də Allahla olan müqaviləni heç bir şeyə dəyişməyə razı olmadı. Odur ki, bəzi insanlar Allahın yanında olan nemətlərə tam arxayındırlar. Bu əbədi neməti heç nəyə dəyişməyə razı olmurlar. Yəqin bilirlər ki, Allahın yanında olan nemətlər heç vaxt hədərə getməz.

Yusiflə Züleyxanın dastanına nəzər saldıqda görürük ki, heç bir şey Yusifi yolundan azdıra bilmədi. Züleyxanın şirin dili, evinin bəzək düzəyi, hətta hədə qorxusu belə Yusifi Allahdan ayıra bilmədi. Züleyxa Yusifə vurulmuşdu. Hər hansı vasitə ilə olursa olsun Yusifi öz istədiyi tərəfə çəkməyə çalışırdı. Lakin Yusif Allaha sıbınaraq onun bu təkliflərinin heç birini qəbul etmirdi. Misirin qadınları Züleyxanı məzəmmət edərək dedilər: Sən bir köləyəmi aşiq olmusan? Züleyxa dedi: Axı siz heç Yusifi görməmisiniz. Əgər onun camalını bircə dəfə görsəydiniz mənim dərditmdən xəbərdar olardınız. Həmin qadınları evinə dəvət edib onlara bıçaq və meyvə verdi. Qadınlar meyvələri kəsərkən Züleyxa Yusifə dedi: Bu qapıdan içəri daxil ol və o biri qapıdan çıx. Yusif bir qapıdan girib digər qapıdan çıxana qədər qadınlar onun gözəlliyinə heyran qalıb əllərindəki meyvəni kəsmək əvəzinə öz əllərini kəsdilər. Züleyxa qadınlara dedi: Siz məni bir qula aşiq olduğuma görə danlayırdınız. Amma belə bir insan dünyanın heç yerində tapa bilməzsiniz. Züleyxanı məzəmmət edib danlayan qadınlar gəlib Yusifi danlamağa başladılar. Biri dedi: Axı bu qədər də təqvalı olmaq nəyə lazımdır? Görürsən ki, Züleyxa səndən ötru hər şeyə hazırdır. Gəl sən onun ürəyini qırma və onunla razılaş. Başqa bir qadın dedi: Sən eşqin nə olduğunu bilmirsən. Züleyxa sənə aşiq olub. Sən də onunla razılaşmırsan. Amma bunu da bil ki, Züleyxa Misirin Əzizinin həyat yoldaşıdır. Misrdə hər bir şey onun əlindədir. Sən onula razılaşsan bütün bu var dövlət sənin ixtiyarına keçəcək. Digəri isə belə dedi: Eşqin nə olduğunu başa düşmürsən. Həmçinin mal dövlətdən də imtina edirsən. Amma bunu da bil ki, Züleyxanın əlində çox böyük imkanlar var. Bundan istifadə edib sənə qarşı olan kin küdurəti cuşa gələr və sənin başına olmazın oyunları açar.

Həzrət Yusif müxtəlif təhacümlərə məruz qaldı. Bir tərəfdən var dövlət təhacümü, bir tərəftən şəhvətin təhacümü, bir tərəfdən hədə qorxu onu dövrəyə almışdı. Lakin Yusif bütün bunlara məhəl qoymadı və əllərini açıb Allahla belə münacat etdi:



قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ وَإِلاَّ تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ الْجَاهِلِينَ



«Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram.» Yusif surəsi-33

islamaz.com
Category: Sual-cavab | Added by: Ənfal
Views: 798 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]