Main » Files » Digər məlumatlar » Sual-cavab |
İnsanı Allahdan uzaqlaşdıran nədir?
2013-01-16, 4:46 AM | |
Allah insanı ona ibadət üçün yaratmşdır. Bu yolla insan Allaha yaxınlaşmaq üçün bir sıra ibadətlər edir, Onun bəyənmədiyi işlərdən çəkinir və Onun razı olmadığı işləri etmir, necə deyəllər Allahın istədiyi bir insan olur. Amma bu həmişə belə olmur. Bir çox insanlar cəmiyyətdəki mövqeyindən aslı olmayaraq Allaha ibadət və itaət etməkdən boyun qaçırır və bunu nə iləsə izah edib, bəhanələr gətirməyə çalışır. Bütün bunların səbəbi nədir? Nə üçün insan Allahın dediklərinə və əmrlərinə itaət etmək istəmir? Buna mane olan nədir və bunu necə aradan qaldırmaq olar? Bütün bunlar bugünkü insan cəmiyyətinin ən mühüm problemi hesab edilməlidir. Onu da qeyd etmək lazmdır ki, bu elə də asan həll edilə bilən məsələ deyildir. İnsana mane olan və onu Allaha ibadət və itaət etməməsinə səbəb olan səbəbləri aşağıdakı kimi qeyd etmək olar: 1.Birinci səbəb insanın özünü tanımaması, necə və nə üçün yarandığını və sonda nə olacağını bilməməsidir. Bütün bunları öyrənmək üçün insan ilk olaraq düşünməli, oxumalı, öyrənməli və özündən öncə yaşamş insanlardan dərslər götürməlidir. Quran da bizi ən çox düşünməyə çağırır. Bütün zərrəciklərdən tutmuş nəhəng planet, qalaktikalara qədər düşünmək və bütün bunlardan nəticə çıxartmaq lazımdır. Bütün bu ecəzkar aləmin və bir- birlərini tamamlayan varlqların heçnədən və heç bir səbəbdən və heç bir hədəf olmadan yaranmadığını dərk etmək lazımdır. 2. İkinci səbəb ondan ibarət ola bilər ki, insan ibadəti və Allaha itaəti onun şəxsi mənafelərinə zidd görsün. Bu halda insan özünə sərf etmədiyi işi "boş şeydi” deyib keçişdirir. Amma burada insan hər tərəfli düşüncəyə sahib olmalıdır.Əgər insan Allahın əmrinin onun məqəsd və hədəfinə zidd olmasını görürsə, bu onun hər bir işi heç kimi və hç nəyi nəzərə almadan yerinə ytirməsinə haqq vermir. Burada müxtəlif amilləri nəzərə almaq lazımdır. Bu amillərdən biri də yaradılış qanunlarını bizlərə nazil edən Allahdır. Hər şeydə bir qanunauyğunluq olduğu kimi insanın cəmiyyətdə və şəxsi həyatında da qanunlar olmalıdır. Bunsuz qeyri- mümkündür. 3. Üçüncü səbəb insanın etdiyi günahlardır. İnsan nə qədər çox günaha bulaşmışsa bir o qədər çətin Allah taalanın dediklərini eşidə və anlaya bilir. Bunun üçün insan günahlardan vaxtında çəkinməlidir ki, sonradan geri dönüş çətin olmasın. haqyolu | |
Views: 762 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |