Şənbə günü, 2024-04-20, 5:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Hər işdən öncə Allahın adı çəkilməsinin faydası nədir?
2013-02-11, 6:47 AM

Hər işdən öncə Allahın adı çəkilməsinin faydası nədir?

 Deyirlər ki, işə başlamazdan qabaq Allahın adını çəkin. Мəgər bunun işə təsiri varmı?

Cavab: Allaha diqqətin əməlin paklığına təsirini nəzərə aldıqda aydın olur ki, hər hansı bir işdən qabaq Allahın adı çəkildikdə insanın diqqəti həmin işin paklığına, düzgünlüyünə yönəlir. Bu işin hətta başqa faydaları olmasaydı da, yuxarıda deyilən fayda bəs edərdi. İşin başlanğıcında Allahın adının çəkilməsi, onun müqəddəs zatından kömək istənilməsi həm də tərbiyə dərsidir. Allahın adını çəkib işə başlayan insan düzgünlüyə riayət etməyə çalışır, xəyanətdən çəkinir. Мəgər bu gün cəmiyyətimizdəki bədbəxtliklərin mühüm bir hissəsini bu xəyanətlər təşkil etmrmi?!

Bundan əlavə, məhdud və zəif insan daim ilahi yardıma ehtiyaclıdır. O "bismillah” deməklə öz ehtiyacını izhar edir, Allahın sonsuz qüdrətindən yardım diləyir. Rəhim, mehriban, qadir, bacaran Allah insanı öz mərhəmət və xüsusi diqqətindən faydalandırır.



Sualları Аyәtullаh Мәkаriм Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni cavablandırmışdır



iman.ge
Category: Sual-cavab | Added by: Ənfal
Views: 617 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]