Bazar günü, 2024-12-22, 6:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Günah xəstəsi necə sağalar?
2012-10-28, 9:42 AM
Günah xəstəsi necə sağalar?
 
 
Tövbənin mənası günaha görə və Allah Təalanın əmrindən üz döndərməyə görə peşman olub, Allah dərgahına qayıtmaqdır. Yəni, yolsuzluqdan Sirat yoluna qayıtmaqdır.

"Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız”. ("Ənfal” 24).

Bu ayədən aydın görmək olur ki, günahkar insanın vəziyyəti xəstə bir insanın vəziyyətinə bənzəyir. Hər bir xəstənin həkimə ehtiyacı olduğu kimi hər bir günahkarın da həkimə ehtiyacı vardır. Ancaq cismi və ruhi xəstəliklər arasında olan fərq odur ki, ruhi xəstəliklər çox gec üzə çıxır. Çünki əlamətləri gözə dəymir. O kəslər ki, nisbətən bir qədər yuxarı mənəviyyata malikdirlər, günahın qəlb və canlarına qoyduğu təsiri çox tez hiss edərlər. Bu insanlar Quranla yaxın ünsiyyətdə olduğu və Əhli-beyt (ə) mərifətindən agahlıqları olduğu üçün günahın qəlblərinə qoyduğu təsiri tez dərk edərlər. Ona görə də tez bir zamanda tövbə edərlər.

Bəs günah xəstələrinin necə bir həkimə ehtiyacları vardır?

Günah get-gedə insan ruhunu öldürər. İmam Əli (ə) buyurur: "Qəlbini moizə və nəsihətlə dirilt”. Bu, həmin moizədir ki, çox təəsüf ki, bəziləri onu lazımınca qəbul etmirlər.

Həzrət (ə) başqa yerdə buyurur: "Sizinlə nəsihət arasında qürur pərdəsi mövcuddur”. Yəni, insan şeytanın hiyləsinə aldanır və havayi-nəfsinin təsiri altındadır. Ona görə də nəsihət qəbul edə bilmir.

Beləliklə aydın oldu ki, hər bir xəstə kimi günahkar insan da tövbə etmək üçün öz həkimi ilə həmsöhbət olmalı və onun dediklərinə qulaq asıb, əməl etməlidir. Bu həkim ruhani bir həkimdir. Bu insan elə bir insan olmalıdır ki, şeytanın hiyləsinin qarşısını ala bilsin və bu zaman moizəsi təsir qoya bilər. Əlbəttə bu şəxs öz moizəsində şeytanın vəfasızlığından və nəfsi əmmarənin törətdiyi fəsadlardan da danışmalıdır. Başqalarının başına gələn ibrətamiz hekayələrdən danışa bilər. Bu hekayələr günahkar insanla, moizə arasında olan divarı sökə bilər.

Allah buyurur: "Dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər”. ("Tövbə” 122). Yəni, moizə edən şəxs dinləyicilərində qorxu yaratmalıdır ki, tövbə qapısına üz tutsunlar.

Moizə edən insanın özü tövbə əhli olmalıdır və əməlində bunu göstərməlidir. İmam Sadiq (ə) buyurur: "Dilinizdən başqa (əməlinizdə də) insanları dəvət edən olun (itaət və yaxşılığa)”. Moizənin şərtlərindən biri də budur ki, tək bir insana deyil, insan toplumuna edilməlidir. İmam Əli (ə) buyurur: "İnsanların qarşısında bir nəfərə öyüd vermək danlaq və məzəmmət sayılır”.

Moizə etdiyin şəxs də gərək tövbə edə biləcək bir insan olsun.

Allahın ən gözəl bəndəsi olan Peyğəmbərin (s) də belə moizəsi bəzən insanlara təsir etmirdi. Onlara Quran təsir qoyurdu. Quran buyurur: "Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. ("İsra” 82).

Beləliklə əgər günahımızı dərk ediriksə, tövbə qapısına üz tutmalıyıq. Əgər hələ də bu qapıdan qafiliyiksə, o zaman moizələrə qulaq asaq və onlardan nəticə çıxartmağa çalışaq.



(Tebyan/ Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 845 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
+1  
1 GADİR   (2012-10-28 12:37 PM) [Daxil et]
:)Salam Aleykum.
Alimlər bildirir; Təkbirdən sonra aşağida göstərilən duani oxumaq müstəhəbdir. Dua belədir:
Bismillahir-Rəhmanir-Rəhim.
"Ya muhsinu qəd ətəkə musi.Və qəd əmərtə əl muhsinə ən yətəcəvəzə ənilmusi. Əntə əl muhsinu və ənə-əlmusi`. Bi həqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhammədin və ali Muhamməd. Və təcəvəz ən qəbihi
mətə`ləm minni".
Yə`ni; Ey bəndələrinə ehsan edən Allah, günahkar Bəndən sənin qapina gəlib və sən əmr etmisənki, xeyirxah,gönahkari bağişlasin,sən xeyirxahsan, mən isə gönahkar. Muhəmməd və Ali-Muhamməd (əleyhis-səlamin)xətrinə öz rəhmətini Muhamməd və Ali Muhammədə göndər və məndən baş vermiş pis işləri bağişla."
Seyid Əli Sistani-məsələ 963

Bismillahir-Rəhmanir-Rəhim.
9/71. Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]