Bazar günü, 2024-12-22, 11:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Fəsad nədir?
2013-03-09, 9:08 AM
Fəsad nədir?


Cavab: Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
«Yer üzündə fəsad törədər və islah olmazlar»["Şüəra" 152].
«Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir»["Bəqərə" 220].
«İslah ol və fəsad törədənlərin ardınca getmə»["Əraf" 142].
«İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq»["Sad" 27].
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun»["Yunis" 91].
Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik»["Yunis" 73].
Category: Sual-cavab | Added by: Ənfal
Views: 698 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]