Cümə günü, 2024-04-26, 10:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Dərmanların, ədəblərin, ibadətlərin və arzuların anası nədir?
2013-03-10, 6:10 AM
Dərmanların, ədəblərin, ibadətlərin və arzuların anası nədir?


Allahın Rəsulu (s) buyurur: " Ana dörd qismdir. Dərmanların anası, ədəblərin anası, ibadətlərin anası və arzuların anası. Dərmanların anası az yeməkdir, ədəblərin anası az danışmaqdır, ibadətlərin anası az günah etməkdr, arzuların anası isə səbrdir.


Həzrət Əli (ə) buyurub ki, 6 şey yaxşıdır amma bu 6 altı şeyin 6 altı nəfərdə olması daha yaxşıdır?

Ədalət yaxşıdır, əmrlərdə olsa daha yaxşıdır. Səbr yaxşıdır, fəqirlərdə olsa daha yaxşıdır. Pərhizkarlıq yaxşıdır, alimlərdə olsa daha yaxşıdır. Cavanmərdlik yaxşıdır, imkanlılarda olsa daha yaxşıdır. Tövbə yaxşıdır, cavanda olsa daha yaxşıdır. Həya yaxşıdır, qadınlarda olsa daha yaxşıdır. Amma o əmir ki, ədaləti yoxdur yağışı olmayan bulud kimidir. Səbri olmayan fəqir işığı olmayan çıraq kimidir. Pərhizkarlığı olmayan alim meyvəsi olmayan ağac kimidir. Mala sahib olub cavanmərdliyi olmayan bitkisi olmayan yer kimidir. Tövbəsi olmayan cavan suyu olmayan arx kimidir. Həyası olmayan qadın duzu olmayan təam kimidir.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 668 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]