Bazar günü, 2024-12-22, 1:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Bütü sındırmaq günahdırmı?
2013-02-21, 2:16 AM

Bütü sındırmaq günahdırmı?

Cavab: Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin (ə) ilahi məqamı kimsədə şübhə doğurmur. Allah-təala İbrahim haqqında buyurur: «Yadına sal ki, Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona buyurdu: «Səni insanlara imam təyin edəcəyəm» ("Bəqərə" surəsi, ayə 124).

Burada İbrahimi yada salmağımız təsadüfi deyil. O, məhz büt sındırmaqla şöhrət tapmış peyğəmbərdir. Bir müddət məntiq və dəlillə ətrafındakıları bütpərəstlikdən çəkindirib, bir Allaha üz tutmağa çağıran peyğəmbər istehza ilə qarşılandı. Artıq əməli fəaliyyətə keçməyin vaxtı idi. Bütxananı xəlvət görən İbrahim (ə) vəzifəsini yerinə yetirmək qərarına gəldi.

Bayram münasibəti ilə şəhər kənarına çıxmış bütpərəstlər geri qayıdıb, bütxanaya daxil olanda, gördükləri səhnədən dəhşətə gəldilər. Sağ-salamat qoyub getdikləri bütlər, qol-qıçı sınmış halda ətrafa səpələnmişdi. Onlar «allahlarımızın başına bu oyunu kim gətirib», deyə fəryad qopardılar.

Nəhayət, təxminən 16 yaşlı İbrahim (ə) tutulub, mühakimə üçün zalım Nəmrudun hüzuruna gətirildi. İbrahimin «bəlkə, bu işi böyük büt görüb» sözləri bütpərəstləri tamam çaşdırdı. Onun məqsədi, bütlərin acizliyini ətrafdakılara anlatmaq idi. Bütpərəstlər İbrahimin sözlərindən bir anlıq oyansalar da, cəhalət üstün gəldi. Nəmrudun əmri ilə İbrahim oda atıldı.

Yuxarıda deyilənlərdən aydın oldu ki, bütləri sındırmaq nəinki, günah deyil, hətta vacib bir dini vəzifədir. Bunu da unutmaq olmaz ki, büt təkcə taxtadan və ya daşdan yonulmuş heykəl deyil. İnsanı Allahdan uzaqlaşdıran hər bir əşya, hər bir əyləncə, hər bir bağlılıq bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını unutmaq bütpərəstlikdir.

Category: Sual-cavab | Added by: Ənfal
Views: 631 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]