Main » Files » Digər məlumatlar » Sual-cavab |
Bağışlanmayan günah varmı?
2013-02-11, 6:43 AM | |
Cavab: «Zumər» surəsinin 53-cü ayəsində buyurulur: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!». Bu ayənin nazil olma səbəbi kimi, bəzi təfsirçilər Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s) əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s) sipər etmiş Həmzə, Vəhşi tərəfindən namərdliklə qətlə yetirilmişdi. Zaman keçdi. İslam qüdrətləndi. Vəhşi də İslam dinini qəbul etmək qərarına gəldi. Həzrət Peyğəmbər (s) «Əmim Həmzəni necə öldürdün» soruşdu. Vəhşi həmin səhnəni təsvir etdiyi zaman, Həzrət (s) bərk ağlayırdı. Amma Vəhşinin tövbəsi qəbul oldu. Həzrət (s) ona buyurdu: «Mənim gözümə görünmə, sənə baxa bilmirəm». Vəhşi Şam istiqamətində gedib, bir daha gözə görünmədi. Həzrətdən (s) soruşdular ki, bu ayə təkzə Vəhşiyə aiddir, yoxsa hamıya? Peyğəmbər, «hamıya!» -deyə cavab verdi. Tərtib edən:Muhəmməd Azrəri | |
Views: 735 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |